Pərviz Müşərrəfin edam cəzası ləğv edildi
Pakistanın Lahor Ali Məhkəməsi sabiq prezidenti Pərviz Müşərrəf barəsində çıxarılmış ölüm hökmünü qeyri-konstitusional hesab edərək ləğv edib.
76 yaşlı keçmiş prezident ötən ilin dekabrında Pakistanın xüsusi məhkəməsinin qərarı ilə dövlətə xəyanətdə ittiham olunaraq edam cəzasına məhkum olunmuşdu. Pərviz Müşərrəfə qarşı ittiham 2007-ci ildə onun konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etməsi səbəbindən irəli sürülmüşdü.
Müşərrəfin ona qarşı çıxarılan hökmə qarşı qaldırdığı vəsatətləri araşdıran hakimlər heyəti, həmçinin, Pakistanın keçmiş dövlət başçısına qarşı xəyanət iddiası ilə bağlı məhkəmə işinin qanunauyğun hazırlanmaması barədə qərar qəbul edib.
Xatırladaq ki, 2016-cı ildə Pakistan Ali Məhkəməsi Pərviz Müşərrəfə ölkəni tərk etməyə icazə verdikdən sonra müalicə olunmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə gedən keçmiş prezident hazırda Dubayda yaşayır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-01-2020, 19:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-01-2020, 19:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:47
Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir
19-05-2024, 23:18
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
18-05-2024, 22:16
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI - VİDEO
18-05-2024, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
18-05-2024, 11:28