“İmtahana gələnlərdə yeni qurğular aşkarlanıb, istintaq gedir”
“Bu il imtahana daxil olan bəzi şəxslərdə tamamilə yeni olan qurğular aşkarlanıb”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Xalq qəzeti”nə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin məsələ ilə bağlı hazırda istintaq gedir: “Əfsus ki, bu haqda daha geniş məlumat verə bilmirəm, çünki istintaq gedir və materiallar prokurorluğa təqdim olunub. Araşdırmalar davam edir və yəqin ki, proses başa çatdıqda hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə bu barədə daha geniş məlumat veriləcək. Qeyd edim ki, bu əməllərin qiymətləndirilməsini hüquq-mühafizə orqanları həyata keçirir.
Təbii ki, bizim tərəfdən həmin şəxslərin nəticələri artıq ləğv olunub və onlarla əlaqəsi olan digər şəxslərin nəticələri də etibarsız sayılıb. Bu, imtahan sistemində ədalətin qorunması və qayda pozuntularına qarşı ciddi mövqe nümayiş etdirmək məqsədi daşıyır. Hər il biz belə müdaxilələr və ayrı-ayrı qanunsuz hallarla mübarizə aparırıq. Odur ki, imtahanda iştirak edən hər bir şəxsə yalnız öz biliyinə güvənməsini məsləhət görürəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar