Torpaq alanların nəzərinə: Bu məqama mütləq diqqət edin!
Son illər bahalı ipotekadan qaçanların çoxu torpaq alıb öz evini tikməyə üstünlük verir. Amma bu addımı atmazdan əvvəl bir neçə vacib nüansı bilməyənlər sonradan böyük problemlərlə qarşılaşa bilir. Sənədsiz torpaqlar, icazəsiz tikililər və bəzən də alıcıları aldadan fırıldaqçılar risk yaradır. Ekspertlər deyir ki, düzgün addım atmaq üçün torpaq alarkən diqqətli olmaq vacibdir.
Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Anar Rəfiyev bir sıra detalları oxucular üçün aydınlaşdırıb:
“Əvvəlcə yaxşı olar ki, alıcılar öz mənzillərini özləri nəzarətdə saxlayaraq, istədikləri kimi tikdirsinlər. Bunun üçün ən vacib məsələlərdən biri alınan torpağın sənədinin – çıxarışının olmasıdır. Bəzən çıxarış olsa da, torpağın təyinatı fərqli olur. Məsələn, maldarlıq, əkinçilik və ya digər təsərrüfat məqsədli ola bilər. Amma yaşayış evi tikmək üçün ən münasib variant, torpağın yaşayış təyinatlı olmasıdır”. Dördpendirli pizza
Müsahibimiz onu da qeyd edib ki, bu prosesdə qiymətin necə olması birbaşa keyfiyyətdən asılıdır:
“Bundan əlavə, həmin ərazidə təbii qaz, su və işıq xətlərinin rəsmi, qanuni icazələrlə çəkilməsi də vacibdir. Çünki sonradan sənəd almaq, təyinat dəyişmək və ya kommunal xətlər üçün icazə əldə etmək göründüyü qədər asan məsələ deyil. Şəxsi ev tikmək bəzən alınan hazır mənzildən daha baha, bəzən isə daha ucuz başa gələ bilər. Bu isə birbaşa tikinti prosesində keyfiyyətə nə qədər önəm verilməsindən asılıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq