Dəniz mənzərəli evini 23 milyon dollara satışa çıxartdı

Məşhur Hollivud ulduzu Leonardo Di Kaprio Los-Ancelesin Malibu şəhərindəki dəbdəbəli evini satışa çıxarıb.
2021-ci ilin iyul ayında sahildəki evini 13,75 milyon dollara alan məşhur aktyor mülkünə 23 milyon dollar qiymət qoyub.
50 yaşlı Oskar mükafatlı aktyor potensial alıcılara evi gəzmək fürsəti də təklif edib. Di Kaprio evin icarəyə verilməsinin mümkün olduğunu qeyd edib. 4 yataq otağı və 5 hamam otağından ibarət malikanənin aylıq kirayə dəyərinin 65 min dollar olduğu bildirilir.
Dəbdəbəli ev Malibunun mərkəzində yerləşir. Hətta evin pəncərələrindən Sakit okeanda üzən delfinləri belə izləmək mümkündür.
Qeyd edək ki, Leonardo Dikaprionun ümumi sərvətinin 300 milyon dollar olduğu bildirilir. O, 1998-ci ildə Malibu sahilindəki başqa bir evini 1,6 milyon dollara satmışdı.

Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 20:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama

Azərbaycanda 19 yaşlı oğlan azyaşlı qıza qarşı seksual hərəkətlər etdi, həbs olundu