“ABŞ tərəfini ölçü götürməyə çağırırıq”

“Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Artıq bir neçə ildir Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirən Komissiyanın bu ilki hesabatı da Azərbaycana qeyri-obyektiv və əsassız iddialarla doludur”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
“Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporası üzvlərinin əlində alət olan “Freedom House” təşkilatının sənədləri ilə əsaslandırır.
ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın qərəzini sübut edən digər mühüm məqam bu qurumun dünyada dini azadlığın əsas qənimi olan Ermənistanı ümumiyyətlə izləməməsidir. Komissiyanın təbirincə, Ermənistan öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbirstanlığı dağıtmaqla dini azadlığı tam “təmin edib”.
Mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən Komissiyaya xatırlatmaq istərdik ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı.
Hesabatda “dağlıq qarabağ” kimi ifadələrdən işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib.
Biz Komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq” – bəyanatda bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2025, 15:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video