Günəşdə güclü partlayış - Maksimuma yaxın olub

Günəşdə "M" sinifli güclü partlayış baş verib.
TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan xəbər verilib.
Bildirilir ki, partlayış bir saata yaxın davam edib.
"23 sentyabr Moskva vaxtı ilə saat 00:39-da (Bakı vaxtı ilə 01:39) 3 835 (S20E63) ləkə qrupunda rentgen diapazonunda 53 dəqiqə davam edən M3.7/2N partlayışı qeydə alınıb".
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: "A", "B", "C", "M" və "X". Minimal A0.0 sinfi Yerin orbitində kvadratmetrə 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə güc 10 dəfə artır. Partlayışlar, bir qayda olaraq, günəş plazmasının atılması ilə müşayiət olunur ki, onun buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-09-2024, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? - Başdansovdu işlər, silinən pullar...

Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan Fazil Alməmmədovun 89 min AZN-lik əməliyyatı

Nəsimi icra hakimiyyətinin səlahiyyətli şəxsləri Elxan Yaqubova “yaşıl işıq” yandırdılar- Zirzəmi necə obyektə çevrilir…. FOTO