14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu

Ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş şəxslərin məhkəməsi başa çatıb.
Yetkinlik yaşına çatmayan qızı hədələyərək və görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm oxunub. Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, kənddə babası ilə birgə yaşayan 14 yaşlı qız hazırlığa gedərkən oğlanların hədəsi ilə üzləşib. Onlar yeniyetmə qızı qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur ediblər.
Xatırladaq ki, həmin vaxt bu hadisə ilə bağlı kənddə qarşıdurma baş vermişdi. Sakinlər və qızın qohumları oğlanların ailələrinin Kətəlparaqdan çıxıb getməsini tələb edirdilər. Baş vermiş insident Bərdə Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra aradan qaldırılmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2023, 19:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO