Ağsuda şagird dörd ildir niyə birinci sinifdə oxuyur? - Video
Ağsuda uşaq artıq dördüncü ildir ki, birinci sinifdə oxuyur.
RegionXəbərləricom.az "Xəzər Xəbər"ə istinadla, uşağın valideyni övladının əsassız şəkildə sinifdən-sinfə keçirilmədiyini iddia edib.
Sözügedən hadisə Ağsu rayonu, Sanqalan kənd məktəbində baş verib.
Rayonun Qırlar kəndində yaşayan ailə iddia edib ki, onların uşağının yaşına uyğun dərslərdə iştirakına məktəbin direktoru imkan vermir.
Uşağın anası Narıngül Eyubova bildirib ki, övladı məktəbə getdiyi ilk günlərdə sinifdə müəllimin sərt davranışına görə dərslərdən soyuyub və məktəbə getmək istəməyib.
Ananın sözlərinə görə, bununla belə, atası uşağı may ayına qədər məktəbə aparıb. Tədris ilinin son 15 günündə isə atanın səhhətində yaranan problem səbəbindən uşaq da dərslərdə iştirak edə bilməyib. O qeyd edib ki, məhz bu 15 günə görə övladı sinifdən-sinfə keçirilməyib.
Sanqalan kənd məktəbinin direktoru Sihət Abdulov açıqlamasında valideynin dediklərini təkzib edib.
Direktorun sözlərinə görə, uşaq 2019-2020-ci tədris ilində birinci sinfə qəbul olunub, lakin il ərzində yalnız sentyabr ayında dərslərdə iştirak edib:
“Məktəbə adaptasiyasında problem yaşandığından bir neçə gün atası ilə dərslərə gəlib. Ancaq sonrakı aylarda ümumiyyətlə məktəbə gəlməyib. Ona görə də Pedaqoji şuranın qərarı və “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”a əsasən, uşaq sinifdə saxlanıb. Bu hal növbəti tədris illərində də təkrarlanıb. Hazırda şagird məktəbdə fərdi təhsilə cəlb olunub”.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon sektoru da məsələdən xəbərdardır. Qurumdan bildirilib ki, uşağın valideyni onların ünvanına yazdığı izahat-məktubunda övladı üçün yaradılmış şəraitdən razı olduğunu bildirib:
“Adı çəkilən şagirdin əsassız yerə dərsə buraxılmaması və müəllimlər tərəfindən incidilməsi haqqında valideynin dedikləri isə doğru deyil”.
Daha ətraflı süjetdə:
Paylaş:
Müəllif : Fuad
Tarix:1-12-2022, 08:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO