Türkiyənin müdafiə naziri “Lotu Quli”nin həbsinin təfərrüatını açıqladı - VİDEO

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu azərbaycanlı kriminal avtoritet Nadir Səlifov barədə danışıb.
Türkiyəli nazir “TRT Haber”ə müsahibəsində “Lotu Quli” haqqında danışarkən “dünyanın ən güclü 12 mafiya liderindən birini Türkiyəyə gətirdilər” fikrini səsləndirib.
“2018-ci ildə dedilər ki, Rusiyanın mafiyaları Türkiyədə görüşəcəklər. Əməliyyat keçirək dedilər, keçirdik, lakin tapa bilmədik. Daha sonra şəxsən mən bu işin ardınca düşdüm.
“Lotu Quli” adlandırılan Nadir Səlifov adlı şəxs 20 il həbsxanada yatıb. Nadir Səlifov dünyanın 12 ən güclü mafiya liderindən biridir. Bir çox insan gəldi-getdi, elə olsun, belə olsun dedilər. Ancaq onu yaxaladıq. Həbsə saldıq. İki gün ərzində vəkilləri Türkiyədən çıxmamaq şərti ilə geri göndərmə mərkəzindən buraxılması qərarına nail oldular.
Hüquqşünaslarımız məni bağışlasın, “hüquqa boyun əymədim, buna qarşı mübarizə aparacağıq” dedim. Onu geri göndərmə mərkəzindən bir metr çıxardım, sonra yenə yerinə qaytardım. 2-2,5 ay orada gözlətdik, danışdırdıq, sonra da ölkəsinə deportasiya etdik. Sonra başqa ölkədə - Yunanıstanda pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Türkiyədə yaxınlığında olan mühafizəçisi onu öldürdü”, - deyə Türkiyəli nazir bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyə mafiyasının əsas liderlərindən biri Sedat Peker azərbaycanlı Nadir Səlifov - “Lotu Quli” barədə danışmışdı. O, “Quli”nin deportasiya edilməsinə baxmayaraq, Türkiyəyə qayıda bildiyini iddia etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-05-2021, 16:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-05-2021, 16:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ