95 yaşlı müharibə veteranı: “Avtomobilimi rahat şəkildə idarə edirəm“

Tarixdə bəşəriyyətin üzləşdiyi ən ağır və çətin dönəmlərdən biri XX əsrdə İkinci Dünya müharibəsi dövründə olub. 1941-ci ilin iyununda faşist Almaniyasının Sovet İttifaqına qarşı hücuma keçməsi SSRİ-də birləşən xalqların, o cümlədən Azərbaycan xalqının da müharibəyə qatılması zərurətini yaratdı.
SSRİ-nin müharibəyə girməsi ilə İkinci Dünya müharibəsinin gedişində yeni bir mərhələ başlandı. Azərbaycan xalqı bu müharibədə şücaət və əzmkarlıq nümayiş etdirərək yaşadıqları torpaqların müdafiəsində qəhrəmanlıqla vuruşublar. 1941-1945-ci illər ərzində müharibəyə Azərbaycandan 650 min nəfərə yaxın şəxs qatılıb. Bu müharibəyə qoşulanlardan biri də Cəlilabad rayonunun Qarazəncir kənd sakini Heydar Əliyev olub.
"Report"un əməkdaşı İkinci Dünya müharibəsi veteranı, 95 yaşlı Heydar Əliyevin evində olub və onunla söhbətləşib.
Qəhrəmanımız müsahibəsində o günlərin ağrılarından və çətinliklərindən söz açıb.
Döyüş yolunun 1943-cü ilin fevralından başladığını bildirən müharibə veteranı deyib ki, Ukrayna cəhbəsi döyüşlərində iştirak edib.
Onun sözlərinə görə, bu döyüşlərdə ayaqlarını don vurduğu üçün beş ay xəstəxanada müalicə almağa məcbur olub və ayağının yeddi barmağı amputasiya edilib.
Həmsöhbətimiz vurğulayıb ki, şiddətli döyüşlərin birində bütün silahdaşları həlak olsa da, o, dörd əsgər yoldaşı ilə birlikdə sağ qalmağı bacarıb. Amma bununla belə, onun öldüyü güman edildiyindən ailəsinə qara kağız göndərilib.
Lakin H.Əliyev 1944-ci ilin may ayında 19 yaşında Vətənə geri dönüb və cəmi bir il sonra ailə həyatı qurub. Özündən üç yaş kiçik həyat yoldaşı ilə birlikdə yaşayan Heydar kişi özünü çox xoşbəxt hiss etdiyini bildirir. Onların evlilikləri artıq 75 ildir davam edir.
100 illik yubileyini səbirsizliklə gözləyən döyüşçü həm də peşəkar avtomobil sürücüsüdür. Onun ayaq barmaqlarının yeddisi olmasa da, avtomobilini rahat şəkildə idarə edir. Veteran özünü Azərbaycanın ən yaşlı peşəkar sürücüsü hesab edir.
Qeyd edək ki, Əliyev Heyda r Məmmədəli oğlu 1925-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Hazırda rayonun Qarazəncir kəndində yaşayır. Veteranımızın 7 oğlu, 1 qızı, 51 nəvəsi, 35 nəticəsi və 7 kötücəsi var.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-05-2021, 15:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-05-2021, 15:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ