
Azərbaycanda virusdan ölüm sayı niyə yüksəkdir? – “Tibb personalı yetərincə deyil”
Artıq həftələrdir Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanlar arasında gündəlik ölüm 30 civarında dəyişir. Halbuki, yoluxma gündəlik ölümün bu qədər olduğu dönəmlərlə müqayisədə bir elə də yüksək deyil.
Professor Adil Qeybulla da ölüm sayının çox olmasının narahatlıq doğurduğunu bildirib: “Əhali sayını götürdükdə, başqa ölkələrlə müqayisədə Azərbaycanda ölüm sayı yüksəkdir. Bu, birinci növbədə onunla izah olunur ki, insanlar xəstəxanaya ağır durumda gedirlər. İkinci, xəstəxanaların daxilindəki durumdan xəbərsizik, yəni xəstə sayı çarpayı sayına yaxın olanda nəzərə alın ki, tibb personalı da yetərincə deyil”.
Professorun fikrincə, qeyd edilən amillər təsirsiz ötüşmür: “Nəhayət, virusun mutasiya olunmuş ştammların həm yoluxuculuq, həm də başqa təsir edən amilləri də var. Sadaladıqlarım ölüm faizinin yüksək olmasında özünü göstərir”. Adil Qeybulla bildirir ki, hazırda növbəti mutasiya ştammlarından biri Litva mutasiyasıdır, onun yoluxuculuq xüsusiyyəti elə yüksək deyil.
Adil Qeybullanın qənaətincə, virus yay fəslinə qədər xeyli zəifləyəcək: “Digər tərəfdən peyvəndlənmə hesabına yaranmış immunitet də təsir göstərəcək”.
Milli Məclisin deputatı Məlahət Həsənova isə indiki vəziyyətdə çətinlik yaradan əsas amil kimi nəqliyyatda sıxlığın olduğunu göstərib: “Çünki metronun fəaliyyətinin dayandırılması istər-istəməz insanları avtobuslara yönəldir, onlarda isə sıxlıq yaranıır. Nəticədə yerüstü ictimai nəqliyyat metronun daşıdığı yükü götürə bilmir. Hamımız da bilirik ki, paytaxtda ən çox sərnişin daşıyan nəqliyyat metrodur. Təsvvür edin ki, böyük ərazini əhatə edən metro işləmirsə, avtobuslarda hansı saxlıq yaranır.”
Üstəlik, deputatin fikrincə, nə qədər qoruyucu maskalardan istifadə olunsa da, hamı qaydalara tam riayət etmir: “Məsafə gözlənilmir, maskadan düzgün istifadə edilmirsə, yoluxma artmacaq. Ona görə də nəqliyyat sahəsində tənzimlənməyə ehtiyac var. Başqa amil evdə xəstəliyi yüngül keçirənlər də kənara çıxırlar və yayırlar, bu mənada onlara ciddi nəzarət lazımdır. Türkiyədə evdə xəstəliyini keçirənlərə qarşı polis rejimindən istifadə edilir, hətta küçələrdə nəzarətçilər olur. Təəssüf ki, bizdə bu yöndə zəiflik var. Sadaladığım amillər xəstələrin artmasına təsir göstərir.”
Məlahət Həsənova hazırda dünyada koronavirusa qarşı mübarizədə yeni qaydanın kəşf olunmadığını bildirib: “Ölkələr yenə də əsas 3 qaydaya riayət edirlər: maskalardan istifadə, sosial məsafə və peyvəndlənmə. Bir sıra ölkələrdə insanlar məhdudlaşdırıcı qaydalara böyük etiraz aksiyaları keçirirlər. Bəli, canlı varlıq olan insanlar psixoloji cəhətdən yorulurlar. Son vaxtlar Avropa ölkələrində və Türkiyədə yoluxma sayı artıb. Belə olanda, insanlar məlum 3 qaydaya riayət etməlidir”. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2021, 17:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Professor Adil Qeybulla da ölüm sayının çox olmasının narahatlıq doğurduğunu bildirib: “Əhali sayını götürdükdə, başqa ölkələrlə müqayisədə Azərbaycanda ölüm sayı yüksəkdir. Bu, birinci növbədə onunla izah olunur ki, insanlar xəstəxanaya ağır durumda gedirlər. İkinci, xəstəxanaların daxilindəki durumdan xəbərsizik, yəni xəstə sayı çarpayı sayına yaxın olanda nəzərə alın ki, tibb personalı da yetərincə deyil”.
Professorun fikrincə, qeyd edilən amillər təsirsiz ötüşmür: “Nəhayət, virusun mutasiya olunmuş ştammların həm yoluxuculuq, həm də başqa təsir edən amilləri də var. Sadaladıqlarım ölüm faizinin yüksək olmasında özünü göstərir”. Adil Qeybulla bildirir ki, hazırda növbəti mutasiya ştammlarından biri Litva mutasiyasıdır, onun yoluxuculuq xüsusiyyəti elə yüksək deyil.
Adil Qeybullanın qənaətincə, virus yay fəslinə qədər xeyli zəifləyəcək: “Digər tərəfdən peyvəndlənmə hesabına yaranmış immunitet də təsir göstərəcək”.


Məlahət Həsənova hazırda dünyada koronavirusa qarşı mübarizədə yeni qaydanın kəşf olunmadığını bildirib: “Ölkələr yenə də əsas 3 qaydaya riayət edirlər: maskalardan istifadə, sosial məsafə və peyvəndlənmə. Bir sıra ölkələrdə insanlar məhdudlaşdırıcı qaydalara böyük etiraz aksiyaları keçirirlər. Bəli, canlı varlıq olan insanlar psixoloji cəhətdən yorulurlar. Son vaxtlar Avropa ölkələrində və Türkiyədə yoluxma sayı artıb. Belə olanda, insanlar məlum 3 qaydaya riayət etməlidir”. (azadliq.org)
Paylaş:
Müəllif :
Fuad
Tarix:25-04-2021, 17:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ
