Hər 40 saniyədə bir nəfər özünü öldürür - Dəhşətli statistika

Hazırda intihar, çox mürəkkəb qlobal bir fenomendir və bu bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir, hər 40 saniyədən bir kimsə, həyatına qəsd edir və onların arasında kişilər üstünlük təşkil edir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, intihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir.:
"Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar ki, eynidir.
Tədqiqatlara əsasən intiharın əsas səbəbinin depressiya olduğu deyilir. Amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da intihara meyillilik yaradır.
İnsanların, xüsusilə, uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür. Belə hallar da sonda intihara yol aça bilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək çox vacibdir. Çünki, onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verir.
Hər bir tarixi dövr öz yaşantıları ilə bizə nələrisə diqtə edir. Heç kimə sirr deyil ki, bütün dünyada, o cümlədən ölkəmizdə COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi insanlarda bir sıra maddi, sosial problemlərə yol açaraq ardından psixoloji sarsıntıları gətirməkdədir. İnsanların evlərə qapanması, aktiv həyat tərzindən uzaqlaşması, sosial mühitdən kənar qalması, müharibə və xəstəlik səbəbindən yaxınlarını itirmək qorxusu, mütəmadi olaraq ətrafdan eşidilən neqativ xəbərlər, gündəlik qeyri-müəyyənlik bir növ depressiv vəziyyət formalaşdırır. Son aylarda intihar hallarının artmasının bir səbəbi də budur.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2021, 13:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-02-2021, 13:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”