Müstəqim Məmmədovla Şahin Fətəliyev arasında nə baş verir? – 250 min qalmaqalı böyüyür - İcra başçısından AÇIQLAMA
Bir müddətdir ki, KİV-də Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, onun tələbə yoldaşı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salındığına dair məlumatlar yayılıb. Bildirilir ki, bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb.
“Azpolitika.info”nun yaydığı məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var. Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib:
“Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib” .
RegionXəbərləri.com xəbər verir ki, pravda.az məsələyə aydınlıq gətirilməsi üçün icra başçısı ilə əlaqə saxlayıb. O, suallara cavab verməkdən yayınıb.
– Müstəqim müəllim, haqqınızda mediada yayılan xəbərlərlə bağlı yəqin ki, tanış olmusuz…
Müstəqim Məmmədov: Cavab da vermişik…
– Bilmək istəyirdik ki, hazırda Şahin Fətəliyevlə əlaqəniz varmı?
Müstəqim Məmmədov: Şahin müəllim məzu… şeydədir. Yazmışıq, cavab vermişik, saytlara baxın. Deyərəm linki sizə də yollayarlar.
– Ən son Şahin Fətəliyevlə nə vaxt danışmısınız?
Müstəqim Məmmədov: …
Sonra icra başçısı ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.
Redaksiya: Bəzi hallarda jurnalistlərə irad tutulur ki, məlumatlar birtərəfli verilir, qarşı tərəfin mövqeyi öyrənilmir. Müstəqim Məmmədovun timsalında vəziyyəti aydın təsəvvür etmək mümkündür…
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2021, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-02-2021, 13:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”