Ermənilərin törətdiyi ekocinayətlərlə bağlı “Greenpeace International” təşkilatına müraciət edildi - Foto
Avropa Azərbaycanlıları Konqresi (AAK) işğaldan azad olunan ərazilərimizdə ermənilərin ekoloji cinayətlər törətməsi ilə bağlı Amsterdamda yerləşən “Greenpeace International” beynəlxalq təşkilatına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, AAK sədri Sahil Qasımovun imzası ilə təşkilata ünvanlanan müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi, sentyabrın 27-dən başlanan müharibə nəticəsində Azərbaycanın öz ərazilərini azad etməsi və 10 noyabr 2020-ci il tarixli bəyanatla münaqişəyə son qoyulması barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, azərbaycanlıların evini qeyri-qanuni olaraq ələ keçirən ermənilər 28 il ərzində torpaqlarımızı məhv etmək taktikasını həyata keçiriblər, ərazilərimizi tərk edərkən isə evləri, bağları yandırıblar, ağacları qıraraq meşələrə od vurublar, apara bilmədikləri mal-qaranı güllələyiblər:
“Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş fosfor bombalarından istifadə etməklə meşə yanğını törətdiklərinə, təbiətə ölümcül ziyan vurduqlarına, təkcə insanlığa qarşı deyil, həm də təbiətə qarşı qəsdən cinayətə yol verdiklərinə diqqət cəlb olunub. Yandırılmış evlərdən, meşələrdən başqa, abidələr, qədim kilsələr, məscidlər, muzeylər və qəbiristanlıqlar talan edilib və dağıdılıb. Məscidlər heyvanxana kimi istifadə olunub”.
Ermənilərdən fərqli olaraq, Azərbaycan ordusu tərəfindən azad edilmiş torpaqlarda bir kilsənin də dağıdılmadığı nəzərə çatdırılıb.
Ermənilərin törətdiklərini mədəni irsimizə qarşı vandallıq aktı və bütün beynəlxalq konvensiyalara zidd ekoloji cinayət adlandıran soydaşlarımız “Greenpeace International” beynəlxalq təşkilatını Azərbaycanda ətraf mühitin bərpası və təhlükəsizliyinin təmin olunması kimi ümumi işə yardım göstərməyə çağırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-12-2020, 19:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-12-2020, 19:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır