Azərbaycan Silahlı Qüvvələri Şuşa və Xankəndinə nə qədər yaxındır?

Artıq bir neçə gündür ki, erməni tərəfi Şuşa və Xankəndinin girəcəyində Azərbaycan Silahlı Qüvvələrinin təxribatçı qruplarının “məhv edilməsi” və “neytrallaşdırılması” barədə məlumat verir. Ancaq hər gün bu qruplar “yenidən meydana çıxır”və “ uğurla neytrallaşdırılır”.
Ermənilər artıq inkar etmirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin öncül dəstələri Şuşadan 2-3 km. aralıdakı kəndlərdə döyüşürlər. Erməni qeyri-rəsmi mənbələrinin məlumatına görə, son bir həftədə döyüşlərin getdiyi Sıxnax, Daşaltı, Muxtar və bir sıra digər kəndlərin sakinləri çoxdan oraları tərk edərək Xankəndi və ya Şuşaya üz tutublar. Hakimiyyət onlara Qarabağdan çıxmağı qadağan edir, orada məcbur saxlayır.
Bununla yanaşı, Şuşa-Laçın yolunda ermənilər üçün real təhlükə var. Minimum iki gündür ki, bura atəş altındadır. Atəşlərin yalnız artilleriyadan deyil, həm də minaatanlardan aparıldığını nəzərə alsaq, hücum edənlərin bilavasitə yaxınlıqda olduğu aydın olur. Xankəndinin 120 mm. minaatanlardan atəşə tutulması barədə erməni tərəfinin bugünkü məlumatı deyilənləri təsdiqləyir. Əgər belədirsə, Azərbaycan bölmələri şəhərdən 5-6 km. məsafədədir, çünki belə minaatanların atış məsafəsi 7 km. - dir.
Xankəndi “mer”i David Sarkisyan “Sputnik Armeniya”ya bildirib ki, şəhərdə 56 min sakindən 17 min qalıb və qalanlar bomba sığınacaq yerlərində yaşayırlar. Hakimiyyət onları Ermənistana evakuasiya etməyə hazırlaşır. Bu bəyanatlar Azərbaycan hissələrinin bütün hücumlarının qarşısının uğurla alınması və düşmənin dəf edilməsilə bağlı Ermənistan Müdafiə Nazirliyinin fikirlərinə ziddir.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 23:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 23:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:37
Bu gün, 10:32
Bu gün, 10:30
Bu gün, 10:27
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”