Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi

Ermənistan mətbuatı bir neçə gündür ki, Qarabağın döyünən ürəyi olan Şuşa şəhəri uğrunda gərgin döyüşlərin getdiyini yazır.
Ordu.az-ın məlumatına görə, hətta məşhur erməni jurnalistlərdən birinin sosial şəbəkələrdə öz rəhbərlərinə ünvanladığı “Azərbaycan Ordusu Şuşa qalasına nə vaxt yaxınlaşdı ki, bizim xəbərimiz olmadı?” kimi acıqlı sualı ciddi etirazla qarşılanmışdı. Ermənilər qısa zamanda ordumuzun Qarabağda bu qədər dərinliyə girməsindən heyrətlərini gizlətmirlər.
Dünən isə Azərbacan ərazilərinə qanunsuz gedərək, dezinformasiyalar yayan “WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi “jurnalist” Semyon Peqov Şuşa ətrafında gedən döyüşlərlə bağlı videoreportaj yayıb. Videoda cəfəng dolu fikirlər səsləndirən Peqov ordumuzun gücünü həzm edə bilmədiyini göstərib.
Əvvəllər guya ermənilərin Hadrutu geri qaytarması barədə “fake” videolar paylaşan Peqov indi acizanə şəkildə deyir:
“Azərbaycan ordusu hazırda intensiv şəkildə Şuşadakı səngərləri atəşə tutur. İndi döyüşlərin getdiyi bu istiqamət Şuşanın açarı sayılır”.
O, daha sonra “Şuşa Administrasiyasının aparat rəhbəri” Qrişa Ohanesyandan açıqlama alıb.
Maraqlıdır ki, Ohanesyan daha çox qəmli görünüşlə ordumuzun peşəkarlığından söz açıb:
“Azərbacanlılar bu istiqamətdə xeyli canlı qüvvə toplayıblar. Xüsusilə də buraya cəmləşdirilən ordu bölmələri digərlərindən fərqlənir. Görünən odur ki, onlar döyüşlərə çox yaxşı hazırlıqlı gəliblər. Hazırda azərbaycanlılar elə-belə irəliləmirlər”.
Bu faktın özü bir daha onu göstərir ki, artıq ordumuzun qısa zamanda Qarabağda uğurla irəliləməsindən təşviş keçirən ermənilər Azərbaycanın gücünü aşkar şəkildə etiraf etməyə başlayırlar.
Qrişa Ohanesyan kimilər həm də bu həqiqəti indidən boşuna kamera önündə acizanə şəkildə etiraf etmirlər. Sabah erməni cəmiyyəti soruşanda ki, “Şuşa niyə itirildi?”, bu qınağın qarşısında desinlər ki, Azərbaycan ordusu güclü idi…
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2020, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-11-2020, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır