
"S-300" komplekslərinin işə yaramadığı açıqlandı

Suriya hərbçiləri Rusiyanın bu ölkədə yerləşdirdiyi S-300 zenit-raket komplekslərinin İsrail aviasiyasına və qanadlı raketlərinə qarşı işə yaramadığını etiraf edir.
Virtualaz.org xəbər verir ki, bu haqda “Middle East Monitor” nəşri yazır. Nəşrin bildirdiyinə görə, suriyalı hərbçilər S-300 komplekslərinin radarlarının İsrail qanadlı raketlərini ümumiyyətlə “tanımadığını” deyirlər. Bu, İsrailin Suriya ərazisinə hava hücumları zamanı dəfələrlə sübut olunub.
Bildirilir ki, digər Rusiya hava və raketdən müdafiə sistemləri “daha da bərbaddır” və müasir hava döyüşlərində tətbiq edilmək üçün yararsızdır. Bununla belə suriyalı hərbçilər Çin istehsalı olan uzaqməsafəli JY-27 və JYL-1 radarlarını tərifləyirlər. Həmin radarların Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə inteqrasiyası “müəyyən uğurlara” səbəb ola bilər.
Qeyd edək ki, Rusiya 2018-ci ilin payızında Suriyaya S-300 “Favorit” zenit-raket kompleksləri göndərib və həmin kompleksləri “təmənnasız olaraq” Suriya ordusuna verib. Bundan sonra İsrail aviasiyası Suriyaya hava reydlərini bir müddət dayandırıb, lakin daha sonra yenidən Suriyadakı İran hədəflərini vurmağa başlayıb. Və hər dəfə Suriyanın havadan müdafiə sistemləri bu hücumlar qarşısında aciz qalıb. S-300 komplekslərinin İsrail hücumlarına qarşı tətbiqi haqda indiyədək heç nə məlum deyildi.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2020, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Suriya hərbçiləri Rusiyanın bu ölkədə yerləşdirdiyi S-300 zenit-raket komplekslərinin İsrail aviasiyasına və qanadlı raketlərinə qarşı işə yaramadığını etiraf edir.
Virtualaz.org xəbər verir ki, bu haqda “Middle East Monitor” nəşri yazır. Nəşrin bildirdiyinə görə, suriyalı hərbçilər S-300 komplekslərinin radarlarının İsrail qanadlı raketlərini ümumiyyətlə “tanımadığını” deyirlər. Bu, İsrailin Suriya ərazisinə hava hücumları zamanı dəfələrlə sübut olunub.
Bildirilir ki, digər Rusiya hava və raketdən müdafiə sistemləri “daha da bərbaddır” və müasir hava döyüşlərində tətbiq edilmək üçün yararsızdır. Bununla belə suriyalı hərbçilər Çin istehsalı olan uzaqməsafəli JY-27 və JYL-1 radarlarını tərifləyirlər. Həmin radarların Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə inteqrasiyası “müəyyən uğurlara” səbəb ola bilər.

Paylaş:
Müəllif :
Fuad
Tarix:3-05-2020, 15:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:44
Dünən, 14:42
Dünən, 10:20

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.
