Nazir təhsil haqqı qərarının necə icra ediləcəyini açıqladı

Təhsil naziri Ceyhun Bayramov həssas ailələrdən olan tələbələrin dövlət tərəfindən təhsil haqlarının ödənilməsinin icra mexanizmindən danışıb.
C. Bayramov bununla bağlı dövlət televiziyasının efirində qeyd edib ki, bütün ali və orta ixtisas təhsil müəssisələrində bu istiqamətlə bağlı məsul şəxslər müəyyən ediləcək: “Bununla bağlı məktublar imzalanaraq təhsil müəssisələrinə göndərilib. Təhsil müəssisələri qısa müddət ərzində tələbələrdən müraciətləri toplayacaq. Tələbələr müraciət edərək özləri barədə nəzərdə tutulmuş məlumatları ( şəxsiyyət vəsiqəsi, ailə üzvləri barədə məlumat) təqdim edəcəklər. Ali təhsil müəssisələri elektron formada mərkəzləşmiş məlumat sisteminin bu məqsədlər üçün yaradılmış alt sisteminə elektron formada bu məlumatları təqdim edəcək.
Bu işin koordinasiyası mülkiyyət forması və tabeliyindən asılı olmayaraq bütün ali təhsil müəssisələri üzrə Təhsil Nazirliyinə həvalə edilib. Təhsil Nazirliyi də aidiyyatı dövlət orqanlarına elektron platformalar üzərindən uyğunlaşmaları apararaq, məlumatları təsdiq edərək aidiyyatı olaraq sifarişləri Maliyyə Nazirliyinə təqdim edəcək. Maliyyə Nazirliyi sifarişlərin ödənilməsini təmin edəcək. Ödənişlər birbaşa olaraq həmin tələbələrin əvəzinə ali təhsil müəssisələrinə ediləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-04-2020, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-04-2020, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:42
Dünən, 10:20
19-08-2025, 15:06

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə