Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqlayıb - VİDEO

Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqlayıb.
Video şəklində yayılan məlumatda əlləri yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazım olduğu bildirilib: "Yaxınlığınızda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmağa çalışın. Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin. İş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlayın.
Qeyd olunub ki, heyvanlar da koronavirusun daşıyıcısı ola bilər: "Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, ehtiyac yoxdursa, canlı və ya ölü heyvanlara toxunmayın. Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın. Ət məhsullarının yaxşı bişirilməsinə diqqət edin”, -deyə məlumatda bildirilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-02-2020, 14:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-02-2020, 14:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:42
Bu gün, 10:20
19-08-2025, 15:06

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə