reklam
Regionxeberlericom.az » Siyasət » Ərdoğan İsveçin baş naziri ilə NATO-ya üzvlük prosesini müzakirə etdi

reklam

Ərdoğan İsveçin baş naziri ilə NATO-ya üzvlük prosesini müzakirə etdi


















Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.

Bu barədə Türkiyə liderinin administrasiyası sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilir ki, danışıq zamanı prezident və baş nazir Stokholmun NATO-ya qəbul prosesi və Ankara qarşısında öhdəlikləri müzakirə edib:

“Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Ulf Kristersson ilə telefon danışığı aparıb. İsveçin NATO-ya qəbul prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan hesab edir ki, İsveç NATO-ya üzv olduqdan sonra alyansın ruhuna uyğun olaraq üçtərəfli memorandum üzrə öhdəliklərini yerinə yetirəcək. Ərdoğan həmçinin bildirib ki, hər iki ölkə təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmi çərçivəsində işə başlamalıdır, İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsi vacibdir”.

Xatırladaq ki, 2022-ci il iyunun sonunda Türkiyə, İsveç və Finlandiya NATO-ya qəbul prosesi ilə bağlı birgə memorandum imzalayıblar. Yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. Macarıstan parlamenti İsveçin müraciətinə hələ səs verməmiş yeganə müttəfiq ölkə olaraq qalıb. Finlandiyanın NATO-ya müraciəti Türkiyə parlamenti tərəfindən 30 mart 2023-cü ildə təsdiqlənib.




Paylaş:


Müəllif : Tarix:
3-02-2024, 00:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər