reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək

reklam

Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək


















Yaxın vaxtlarda Vaşinqtonda ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşlərin yeni raundu keçiriləcək.

Bu barədə cümə axşamı Dövlət Departamentinin yaydığı yazılı bəyanatda məlumat verilib.

“Blinken sülh danışıqlarının növbəti raundu üçün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı yaxın vaxtlarda Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, - bəyanatda bildirilib.

Bundan başqa, sənəddə qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov və energetika naziri Pərviz Şahbazov da Vaşinqtona səfər edəcəklər.

Bəyanatda vurğulanıb ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen dekabrın 6-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə pozitiv və konstruktiv görüş keçirib.

Öz növbəsində, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı bəyanatında Azərbaycan və Ermənistan arasında hər iki tərəf tərəfindən müxtəlif vaxtlarda saxlanılan hərbi qulluqçuların mübadiləsinə dair razılaşmanı alqışlayıb. “Tərəflər sülh sazişi bağlamaq və münasibətləri normallaşdırmaq uğrunda çalışdıqları üçün bu öhdəlik mühüm etimadın möhkəmləndirilməsi tədbiridir”, - diplomat vurğulayıb. O, Bakı və İrəvanın Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq səylərini qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
8-12-2023, 10:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər