reklam
Regionxeberlericom.az » Siyasət » Quterreş 99-cu maddəni aktivləşdirdi – BMT tarixində bir ilk

reklam

Quterreş 99-cu maddəni aktivləşdirdi – BMT tarixində bir ilk


















İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir vaxtda BMT tarixində bir ilk baş verib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş səlahiyyət müddətin ərzində ilk dəfə səlahiyyətlərindən istifadə edib və İsrail-Fələstin böhranını həll etmək və Qəzzada humanitar fəlakətin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasına məktub göndərib.

Məktubunda BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edən Quterreş BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradan İsrail-Fələstin böhranı ilə bağlı tədbir görməyə çağırıb.

“İsrailin hərbi əməliyyatları səbəbindən Qəzzada dinc sakinlər ciddi təhlükə altındadır, mülki insanları qorumaq üçün təhlükəsiz yer yoxdur və səhiyyə sistemi çökmüş vəziyyətdədir. Qəzzada İsrail qüvvələrinin davamlı bombardmanları əhəmiyyətli humanitar əməliyyatların aparılmasını da qeyri-mümkün edir”, - məktubda bildirilib.

Quterreş vəziyyətin epidemiyaların yayılması və qonşu ölkələrə kütləvi miqrasiyaların artması ilə daha da pisləşə biləcəyini də istisna etməyib.

Baş katib vurğulayıb ki, beynəlxalq ictimaiyyət Qəzzada zorakılığın daha da artmasının qarşısını almaq və böhrana son qoymaq üçün öz təsir imkanlarından istifadə etməyə borcludur.

“Təhlükəsizlik Şurasının üzvlərini humanitar fəlakətin qarşısını almaq üçün təzyiq göstərməyə və humanitar atəşkəs tələbimi təkrar etməyə çağırıram. Bu təcilidir”, - BMT baş katibi deyib.

Qeyd edək ki, ən güclü diplomatik vasitə sayılan 99-cu maddədə deyilir:

“Baş katib, onun fikrincə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada biləcək istənilən məsələni Təhlükəsizlik Şurasının diqqətinə çatdıra bilər”.




Paylaş:


Müəllif : Tarix:
7-12-2023, 19:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər