Məhkəmə Trampa seçkilərdə iştirak etməyə icazə verdi
Kolorado məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ildə ABŞ Kapitoliyasına hücumda oynadığı rola baxmayaraq, 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməsinə icazə veriləcəyinə qərar verib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Məhkəmənin qərarına görə, keçmiş prezidentin Kapitoliyə hücumda iştirak etməsi onun yenidən seçilmək hüququnu məhdudlaşdırmır, çünki o, andını pozmayıb.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da o zaman Amerika lideri olan Respublikaçı Trampın tərəfdarları 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqresin binasına giriblər. Bina daxilində iğtişaşlar zamanı polis bir etirazçını öldürüb.
Daha sonra xüsusi prokuror Cek Smit Trampa qarşı dörd maddə üzrə ittiham elan edib. Amerika administrasiyasının keçmiş rəhbəri faktiki olaraq 2020-ci il seçkilərindəki məğlubiyyətə baxmayaraq, qanunsuz hərəkətləri ilə hakimiyyəti saxlamağa cəhd etməkdə ittiham olunub.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Tramp 2022-ci ilin noyabrında ən yüksək hökumət postu uğrunda yarışa girəcəyini açıqlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2023, 19:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Əslində fransızlar Azərbaycana qarşı DÖYÜŞÇÜ HAZIRLAYIR... - Nə nala vurun, nə də mıxa...

"7 baçının 1 şəhid qardaşı...Şəhid analarını sahibsiz görüblər?" - Şəhid anasına hücüm edən maskalı şərəsizlər... Təfərrüat

Muxtar Babayevin diqqətinə: Direktor Yardımlı meşələrində baş verən yaşıl soyqırımı belə gizlədir (VİDEO)

Aşıqbayram su anbarı meliorasiya idarəsinin rəisi Elşad Quliyevin şəxsi obyektinə çevrilib?