ABŞ Dövlət Departamentinə yeni mətbuat katibi təyin edildi
Metyu Miller ABŞ Dövlət Departamentinin yeni mətbuat katibi təyin edilib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
"Bu gün mən Metyu Milleri Dövlət Departamentinin mətbuat katibi təyin edirəm. Namizədliyimin (Dövlət Katibi vəzifəsinə - red.) irəli sürülməsinə rəhbərlik edən Mettin o vaxt müdrikliyindən, hökumətdəki təcrübəsindən və xarici siyasətə dair dərin anlayışından çox faydalandım", - Blinkenin açıqlamasında deyilib.
O qeyd edib ki, Rusiyanın Ukraynada keçirdiyi müharibənin ilk aylarında Miller Ağ Evdə Milli Təhlükəsizlik Şurasının komandasına qoşulub və burada Ukraynada hökumətin kommunikasiyalarına və təbliğat işlərinə rəhbərlik edib.
Xatırladaq ki, daha öncə Dövlət Departamentinin keçmiş mətbuat katibi Ned Praysın tutduğu vəzifəni tərk edərək departamentdə başqa vəzifəyə keçəcəyi bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-04-2023, 10:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib