reklam
Regionxeberlericom.az » Siyasət » Blinken Bakı və İrəvana ona görə zəng edir ki... - ŞƏRH

reklam

Blinken Bakı və İrəvana ona görə zəng edir ki... - ŞƏRH

















ABŞ Dövlət katibi Entoni Blinken həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib. Blinken İlham Əliyev və Nikol Paşinyanla telefon söhbətində kommunikasiya xətlərinin açılmasını və sülh danışıqlarını müzakirə edib.

 Dövlət katibi Paşinyanla Ermənistan-Türkiyə dialoqu barədə fikir mübadiləsi aparıb. O, Vaşinqtonun Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib. Ancaq bu dəstəyin konkret nədən ibarət olacağı hələlik bəlli deyil. Onsuz da Türkiyə və Ermənistan vasitəçiyə ehtiyac olmadan dialoqu davam etdirirlər.

 Politoloq Elxan Şahinoğlu Modern.az-a şərhində bildirib ki, Entoni Blinken il başlayandan dəfələrlə həm Bakıya, həm də İrəvana zəng edib. Onun fikrincə, Blinken rusiyalı həmkarı Sergey Lavrov qədər fəal olmağa çalışır.

 "Buna baxmayaraq, Blinken bir məsələdə Lavrovdan geri qalır. Rusiyanın xarici işlər naziri bir neçə dəfə Bakıya və İrəvana səfər edib, Blinken isə hələ bölgəyə gəlməyib, yalnız müşavirlərinin köməkçilərini göndərib. Digər tərəfdən Entoni Blinken Paşinyanla söhbətdə “ABŞ Minsk Qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirməyə hazırdır” ifadəsini işlədib. Vaşinqton Minsk Qrupundan əl çəkmək istəmir. Halbuki, belə bir qrup yoxdur, mövcud olmayan qrupun məşğul olmaq istədiyi mövzu da gündəmdə deyil. Vaşinqtonun Minsk Qrupu israrı ABŞ-Azərbaycan münasibətlərinə müsbət heç nə vəd etmir, bu isə Rusiyanın maraqlarına cavab verir. Görəsən, bunu Vaşinqtonda nə zaman anlayacaq və reallığı qəbul edəcəklər?", - deyə politoloq vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
26-07-2022, 10:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər