reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyanın Ukraynaya hücumundan 1 il ötür...

reklam

Rusiyanın Ukraynaya hücumundan 1 il ötür...

















22 fevral 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk vilayətlərinin "müstəqilliyinin" tanındığını elan edib. İki gün sonra, fevralın 24-də isə Rusiya Ukraynaya hücuma keçib.

Bu gün Rusiya-Ukrayna münaqişəsinin başlanmasından bir il ötür.

V.Putin bunu rəsmi olaraq “xüsusi hərbi əməliyyat” adlandırıb.

Qeyd edək ki, ötən ilin fevral ayında qələbəyə ümid edən rus qoşunları paytaxt Kiyevə doğru irəliləsə də, sonda geri çəkilməyə məcbur olub. Bu müddət ərzində hərbi xidmətə çağırış yaşında olan kişilərin ölkəni tərk etməsinin qadağan olunmasına baxmayaraq zaman-zaman sərhəd-keçid məntəqələrində növbələr bir neçə kilometr uzanıb. Qərb dövlətləri əməliyyatlara cavab olaraq Moskvaya qarşı geniş sanksiyalar paketi tətbiq edib.

Apreldə Kramatorskda qatar stansiyasına raket zərbəsi nəticəsində onlarla insan həlak olub. Ayın sonlarında Qara dəniz donanmasının flaqmanı “Moskva” gəmisinin batırılması ilə Rusiya simvolik zərbə alıb.

Mayda Rusiya üç aylıq mühasirədən sonra strateji Qara dəniz liman şəhəri Mariupolu ələ keçirib.

İyunda Rusiya raketləri Kremençuk şəhərində insanların sıx toplaşdığı ticarət mərkəzini vurub, azı 16 nəfər həlak olub.

İyulda Rusiya qüvvələri Ukraynanın şərqindəki Luqansk vilayətinin ilhaqını başa vuraraq Lisiçansk şəhərini ələ keçirib.

Sentyabrda Rusiya Ukraynanın 4 vilayətinin - Donetsk, Luqansk, Xerson və Zaporojyenin ilhaqını elan edib.

Noyabrda Rusiya öz qüvvələrinə indiyə qədər ələ keçirdiyi yeganə regional paytaxt Xersonu tərk etməyi əmr edib. Xerson bölgəsi Putinin “əbədi” Rusiyanın bir hissəsi olacağını dediyi dörd bölgədən biri idi.

2023-cü ilin yanvar ayında yeni çağırışçılar tərəfindən gücləndirilən Rusiya qüvvələri Donetsk vilayətinin şərqindəki Soledar şəhərini ələ keçirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqladığı son məlumatlara əsasən, Rusiya münaqişə başlayandan bəri 145 850 hərbçisini itirib.

Sentyabrın 21-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyatda itkilərin sayını açıqlayıb. Onun sözlərinə görə, Rusiyanın itkiləri 5937 nəfər təşkil edib:

“Xüsusi əməliyyat başlayandan bəri Ukrayna 100 mindən çox insan itirib - 61 207 ölü və 49 368 yaralı - bu, Ukraynanın ilkin ordusunun yarısıdır”.

Rusiyanın Ukraynaya hücumları hələ də davam edir.




Paylaş:


Müəllif : Tarix:
24-02-2023, 12:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər