Bayden: “Ukrayna xeyli irəliləyiş əldə edib, amma hələ yol uzundur”

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Ukraynada hadisələrin inkişafının hansı dönüş nöqtəsində olduğunu söyləmək hələ tezdir, lakin o, birmənalı olaraq Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu əhəmiyyətli irəliləyiş hesab edir.
Bu barədə ABŞ lideri Delaver ştatına səfəri zamanı bildirib.
“Ukraynadakı müharibədə hazırkı anı dönüş nöqtəsi hesab edirsinizmi?” sualına ABŞ lideri: “Hazırda bu sualın cavabı yoxdur. Demək çətindir”, - deyə cavab verib.
Onun sözlərinə görə, ukraynalılar xeyli irəliləyiş əldə ediblər.
“Ancaq düşünürəm ki, bu, uzun bir yol olacaq”, - ABŞ prezidenti əlavə edib.
Eyni zamanda, Ağ Evdən bildiriblər ki, ABŞ Ukrayna tərəfi ilə daim birbaşa təmasdadır və yeni müdafiə yardımı paketi hazırlanır.
Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski bu ay Ukrayna Silahlı Qüvvələrinin səkkiz min kvadratkilometrə yaxın ərazini işğaldan azad etdiyini bildirmişdi.
Mənbə: Ukrinform
Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2022, 23:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB