ABŞ və Tayvan yeni ticarət təşəbbüsü ilə bağlı rəsmi danışıqlara başlayacaqlar

Çinlə gərginliyin yüksək olduğu bir vaxtda ABŞ hökuməti Pekinlə suverenlik münaqişəsində olan Tayvanla yeni ticarət təşəbbüsü çərçivəsində rəsmi danışıqlara başlayacağını açıqlayıb.
Birləşmiş Ştatlar və Tayvan “21-ci Əsr Ticarəti üzrə ABŞ-Tayvan Təşəbbüsü” çərçivəsində danışıqlara dair razılığa gəliblər.
Danışıqların birinci raundunun bu ilin payızının əvvəlində baş tutacağı gözlənilir.
“Biz yüksək standartlı öhdəliklər və mənalı nəticələr əldə etmək üçün 21-ci əsrin daha ədalətli, daha firavan və dayanıqlı iqtisadiyyatının qurulmasına kömək edəcək danışıqlarda 11 ticarət sahəsini əhatə edən iddialı bir proqram həyata keçirməyi planlaşdırırıq”, - deyə ABŞ Ticarət Nümayəndəsinin müavini Sara Biançi açıqlamasında bildirib.
İyunun 1-də ABŞ və Tayvan iqtisadi və ticarət əlaqələrini gücləndirmək üçün yeni təşəbbüs irəli sürüb və bu çərçivədə danışıqlar üçün yol xəritəsi hazırlamaq niyyətlərini açıqlayıblar.
Mənbə: Reuters
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2022, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB