“Azərbaycan 10 noyabr bəyanatının ləğvi ilə məşğuldur” - Paşinyandan sərsəm açıqlamalar

"Bu gün Dağlıq Qarabağda vəziyyət həddən artıq gərgin olaraq qalır, gərginliyin azaldılması üzərində işləmək lazımdır".
"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün – avqustun 4-də hökumətin iclasında deyib.
Paşinyan iddia edib ki, Azərbaycanın vəziyyəti kəskinləşdirməkdə bircə məqsədi var: 2020-ci il 10 noyabr üçtərəfli atəşkəs bəyanatını ləğv etmək, fiksasiya olunmuş reallıqların – Dağlıq Qarabağ, təmas xətti, Laçın dəhlizinin möhkəmləndirilməsindən qaçmaq. O, Azərbaycanın indiki mübarizəsinin bu üç “instituta” qarşı yönəldiyini vurğulayıb.
“Ermənistan bütün öhdəliklərini yerinə yetirib, Azərbaycan da üç öhdəliyi yerinə yetirməlidir: Azərbaycan Prezidentinin imzasıyla qeyd olunmuş Dağlıq Qarabağın mövcudluğunu tanımaq, Dağlıq Qarabağda təmas xəttinə və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmət etmək”, – Paşinyan iddia edib.
Onun sözlərinə görə, əks halda Ermənistan Azərbaycanın üçtərəfli bəyanatdakı öhdəliklərə əməl etməsi üçün beynəlxalq mexanizmlərə müraciət etməlidir.
Paşinyan iddia edir ki, Azərbaycan indiki eskalasiya üçün Laçın dəhlizinə paralel marşrutu bəhanə edir, bu isə üçtərəfli bəyanatın kobud pozuntusudur: “Guya Laçın dəhlizinin yeni marşrutunu bitirib və buna görə də mövcud dəhlizin bir neçə hissəsi onun nəzarətinə verilməlidir. Azərbaycanın oxşar ifadə və bəyanatları da üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır”.
Xatırladaq ki, müharibədən sonra Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin, bu adda ərazi vahidinin artıq mövcud olmadığını dəfələrlə qeyd edib. Ötən ilin iyulunda Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil odluğu Qarabağ iqtisadi rayonu yaradılıb.
Azərbaycan XİN isə avqustun 4-də yaydığı açıqlamada Ermənistanı üçtərəfli bəyanatı icra etməməkdə ittiham edib, erməni silahlı dəstələrin Qarabağdan çıxarılmadığını vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-08-2022, 17:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Kişinin qoluna qandalı da gərək kişi vursun!” - Vaxtında bunu etməyə DÖVT-ləri çatmayanlar indi Kəmaləddin Heydərova qarşı sifarişli qara kampaniya aparır

Biletləri "Qara bazar"a çıxaranlara xəbərdarlıq edildi: “Ciddi tədbirlər görülür” - RƏSMİ AÇIQLAMA

RUSİYA UKRAYNANIN KRIMA ƏLİNİN ÇATDIĞINI ETİRAF ETDİ - “Belə hallar çox tez-tez baş verəcək”

“Yeni beynəlxalq ödəniş aləti ölkəmizə gəlir” - ABB-nin Kart məhsulları sahəsinin rəhbəri

Çarəsiz tələbə rektordan Prezidentə ŞİKAYƏT ETDİ... - "Görünür, özümü yandırmalıyam, ya da..."

"Rəşad Vahabzadənin istədiyi 25 min manat rüşvəti verə bilmədiyimə görə..." - İTTİHAM VAR!

DÖVLƏTİN KÜRDƏMİR ŞƏHƏRİNDƏ ABADLIQ İŞLƏRİ ÜÇÜN AYIRDIĞI PULA NİYƏ YAXIN DURAN YOXDUR?

XERSONDA DAHA BİR RUS GENERALI ÖLDÜRÜLDÜ - Ukrayna Prezident Ofisinin rəhbəri açıqladı