reklam
Regionxeberlericom.az » Siyasət » Rəisidən ağılsız bəyanat: - Qaloş satan İran Azərbaycanı təhdid edir?

reklam

Rəisidən ağılsız bəyanat: - Qaloş satan İran Azərbaycanı təhdid edir?


“Azərbaycanın təhlükəsizliyi digər dövlətlərdən daha çox İrandan asılıdır”.

Bu skandal sözləri İran Prezidenti İbrahim Rəisi deyib.

O, ABŞ və İsraili region ölkələrinin maraqlarına məhəl qoymamaqda ittiham edib:

“İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün ən təsirli amildir. Hər hansı faktorun iki ölkə arasında sıx münasibətlərə xələl gətirməsinə yol verilə bilməz”.

Qeyd edək ki, İran Prezidentinin növbəti dəfə Azərbaycana qarşı həddini aşan bəyanat səsləndirməsi cəmiyyətimiz tərəfindən kəskin qıcıq və etirazla qarşılanıb.

Ümumiyyətlə, onların daima ermənilərin yanında yer alaraq, belə təxribat xarakterli açıqlamalar verməsinə artıq alışmışıq. 30 ilə yaxın müddət ərzində Qarabağın işğalına göz yumaraq, hətta Ermənistana dəstək verməsi ilə bilinən İran, artıq özünün çirkin mövqeyini nümayiş etdirməkdən belə çəkinmir. Üstəlik, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra İranın torpaqlarımız işğal altında olarkən orada qanunsuz fəaliyyət göstərdiyi də hamıya məlum oldu.

Belə ki, rəsmi Tehran Azərbaycan öz tarixi sərhədlərini bərpa etdiyi üçün Xudafərin körpüsü ətrafında da gərginlik yaratmağa çalışmışdı. Hətta İran rəhbərliyinin belə absurd bəyanatlara görə ötən il İran ilə Azərbaycan arasında böyük bir gərginlik də yaşanmış və hər kəs öz mövqeyini ortaya qoymuşdu. Həmin ərəfədə Türkiyə açıq-aşkar Azərbayanın yanında yer aldığını göstərdi və ordularımız dərhal Naxçıvanda hərbi təlimlərə başlayaraq İrana mesaj verdi.

Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İranda yaşayan azərbaycanlıların sayı göz qabağındadır” deyərək rəsmi Tehrana yerini bildirməsi də gündəmi zəbt etmişdi. Onu da yada salmaq lazımdır ki, İranın guya bizə “gözdağı” vermək üçün sərhədlərimizdə keçirdiyi təlimlərdə Güney Azərbaycandan olan soydaşlarımız “bozqurd” işarəsi verərək kimin tərəfində olduqlarını nümayiş etdirmişdi.

Bütün bu proseslərdən sonra isə İran geri addım atmağa məcbur olmuşdu. Görünən odur ki, artıq İsrail qorxusu İranı paranoyak olacaq həddə çatdırıb. Çünki bölgədə İsrailin olduğuna dair tək bir fakt belə olmamasına rəğmən, İran tərəfi öz beynində uydurduğu xülyalara inanaraq boş və mənasız bəyanatlar səsləndirir.

Maraqlıdır, İran Prezidentinin bu absurd bəyantının arxasında nə dayanır? Dia.az-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, İran heç vaxt Azərbaycanı sevməyib və sevməyəcək:

“Əslində İran Prezidentinin belə bəyanatı gözlənilən idi. Ordakı fars-molla rejimi daha çox rusa və erməniyə xidmət edən bir rejimdir. Bu bəyanatın da birdən-birə verilməsi təsadüfi deyil. Çünki dünən Səlçuk Bayraktar Bakıda görüşlər keçirdi və həmçinin Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gələcək.

Son 3 gündə Bakı səmasında “Türk ulduzları”nın uçması da buradakı İran kəşfiyyatını çox narahat edib. Ona görə də İbrahim Rəisi belə bir ağılsız bəyanat verib. O, bir şeyi yadında saxlamalıdır ki, Ermənistanın arxasında duran dövlətlərə baxmayaraq, Azərbaycan 44 gün ərzində torpaqlarını geri almağı bacardı. İran rəhbərliyi fikirləşir ki, guya Azərbaycanın təhlükəsizliyi İrandan asılıdır. Amma əksinə, İranın təhlükəsizliyi Azərbaycan türklərinin əlindədir. Əgər rəsmi Tehran bu şəkildə davam edərsə İran yaman günə qala və hətta dövlət kimi iflasa uğraya bilər”.

Politoloq İranın dünyaya heç nə vermədiyini vurğulayıb:

“Onlar nəyə arxayın olurlar ki? İran rəhbərliyi axmaq-axmaq bəyanatlar verir. Buna baxmayaraq, İranın dünya iqtisadiyyatında yeri yoxdur, resurslarını da ABŞ bloklayıb. Onların tək işi-gücü İsraili bəyənməməkdir. İran Ermənistanı bəyənirsə, biz də İsraili bəyənirik. Bu, bizim şəxsi işimiz və seçimimizdir”.

Cümşüd Nuriyev deyib ki, İranın Azərbaycandakı molla şəbəkəsi çökmək üzrədir:

“Əgər İran Azərbaycandakı agentura şəbəkəsinin nə isə edə biləcəyini düşünürsə, yanılır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları çox yüksək səviyyədə işləyərək son aylarda narkotikaya qaşı sərt mübarizə aparırlar.

Bu isə İranı həddindən artıq narahat etməyə başlayıb. Çünki onlar bu günə qədər Qarabağ üzərindən narkotik satırdılar. Qarabağ əllərindən çıxdığı üçün narkotiklərini Azərbaycan üzərindən çıxara bilmirlər. Buna görə də həmin mafiya acıqlarını bu şəkildə çıxmaq istəyir. Axı Azərbaycan niyə özünün maraqlarını İranın maraqlarına satmalıdır? Mən İranın dövlət və ya mafiya olduğunu da başa düşə bilmirəm.

Onlar bu molla rejimi ilə dəqiqədən bir Azərbaycanı hədələməklə heç nəyə nail ola bilməyəcəklər. Bunu birdəfəlik ağıllarından çıxarsınlar. İran nəinki dünya iqtisadiyyatında, heç bölgə iqtisadiyyatında da bir rol oynamır. Ümumiyyətlə, İran qaloş və aftafadan başqa heç nə ixrac etmir. Çünki onların başqa heç nələri yoxdur”.




Paylaş:


Müəllif : Tarix:
26-05-2022, 15:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər