Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - Foto

ABŞ Prezidenti Co Bayden Azərbaycana səfir namizədini açıqlayıb.
Mark V. Libbi Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizəd olaraq irəli sürülüb.
Mark Libbi Milli Müharibə Kollecində işləyir. Vaşinqtona qayıtmazdan əvvəl o, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi ABŞ-ın Brüsseldəki missiyasında missiya rəhbərinin müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Libbi Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzində böhranların idarə edilməsi üzrə direktor müavini vəzifəsində çalışıb. Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri Ofisinin direktoru və Xarici Xidmət İnstitutunda oriyentasiya direktoru olaraq fəaliyyət göstərib.
Libbi bakalavr təhsilini Massaçusetsdəki Tafts Universitetində və Parisdəki Institut des Etudes Politiques-də (“Sciences-Po”) alıb. Milli Müharibə Kollecində magistr dərəcəsinə yiyələnib. O, polyak və fransız dillərini mükəmməl, rus, türk və alman dillərini qismən bilir.

Paylaş:
Müəllif : Fuad
Tarix:26-05-2022, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB