reklam
Regionxeberlericom.az » Siyasət » "Mənə qarşı təşkil edilən bütün təqiblər Putinin əmridir" - Saakaşvili

reklam

"Mənə qarşı təşkil edilən bütün təqiblər Putinin əmridir" - Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putini vətəninə qayıtmasına əngəl törətməkdə günahlandırıb.
Bu haqda keçmiş dövlət başçısı özünün feysbuk hesabında yazıb: "Gürcüstanda xaosun, iğtişaşların olması və gürcü xalqının yoxsulluq bataqlığında boğulması onlar üçün daha əlverişlidir. Mənə qarşı təşkil edilən bütün bu təqiblər birbaşa Putinin əmridir".
M. Saakaşvili Gürcüstanın "azad edilməsi" üçün mübarizə aparacağını və hakimiyyətə gəldikdən sonra Tbilisinin bütün qonşu ölkələrlə münasibətlərini yaxşılaşdıracağını bildirib.
Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda şəhər bələdiyyə başçıları və şəhər şuralarına deputat seçkiləri keçiriləcək. Saakaşvilinin qurduğu müxalif Vahid Milli Hərəkat partiyası seçkilərə qatılacaq.


Paylaş:


Müəllif : Tarix:
7-08-2021, 13:40
Sikayət   


loading...
Загрузка...