“Əvvəlcə Azərbaycanla ikitərəfli münasibətlər qurulmalıdır” - Avinyan

“Yerevan və Bakı sərhədlərin hüquqi dəqiqləşdirilməsini aparmırlar və Azərbaycanla sərhəddə sərhədçilər 1975-1976-cı illərin hərbi xəritələri əsasında müvəqqəti yerləşdirilib”.
AzadlıqRadisounun Erməni xidmətinin yazdığına görə, bu bəyanatı martın 26-da baş nazirin müavini Tiqran Avinyan verib. Avinyan xüsusilə vurğulayıb ki, 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarından başqa Moskvada Ermənistan və Azərbaycan arasında heç bir sənəd imzalanmayıb:
“Yox. Ermənistan Azərbaycanla bu iki sənədi çıxmaq şərtilə, səhv eləmirəmsə, o cümlədən baş nazir müavinlərinin son danışıqlarında da heç bir sənəd, memorandum imzalamayıb. Deyəsən, imzalamayıb. Hansı ki, kommunikasiyalara aid ola bilərdi. Belə bir sənədin imzalanmasından hər halda mən xəbərsizəm. Gorus-David-Bek sahəsi üzrə razılaşmalar Rusiya tərəfi ilə imzalanıb və Rusiya sərhədçiləri orada bu razılaşmaların əsasında dislokasiya olunublar”.
“Hazırda Ermənistan-Azərbaycan sərhədində sərhədlərin dəqiqləşdirilməsi üçün aparılan proses necə adlanır” sualına Avinyan belə cavab verib:
“Delimitasiya və demarkasiya hüquqi proseslərdir. Bizim Azərbaycanla sərhədin hüquqi dəqiqləşdirilməsinə aid razılaşmamız yoxdur. Belə bir proses üçün, birinci növbədə ikitərəfli münasibətlər lazımdır. Çünki hüquqi proseslər minimum ikitərəfli münasibətlərin qurulmasını tələb edir. Mən bunu sərhədçilərin müəyyən məntiqlə yerləşdirilməsi adlandırardım. 1975-1976-cı illərin xəritələri məntiqi ilə. Bu isə sərhədlərin yekun delimitasiyası və demarkasiyasınadək sərhədçilərin müvəqqəti yerləşdirilməsidir”.
“Ermənistan və Azərbaycan ortaq dövlət sərhədini tanıdıqlarına dair hər hansı sənəd imzalamaq niyyətindədirlərmi” sualının cavabında Avinyan bunun hələ uzun proses olduğunu bildirib:
“Biz heç belə bir prosesi qonşu Gürcüstanla da başa çatdırmamışıq. Orda bu proses çoxdan gedir. Ümumən, biz belə bir prosesi gec ya tez bütün qonşularla aparmalıyıq”.
Azərbaycanda saxlanan erməni hərbçilərlə bağlı suala cavab verən Avinyan deyib ki, bu istiqamətdə də iş aparılır:
“Rusiya Federasiyası bu məsələdə bizim yanaşmamızı qəbul edir ki, bütün hərbi əsirlər və saxlanan şəxslər qaytarılmalıdır. Hərçənd Azərbaycan prezidenti dəfələrlə 9 noyabr bəyanatının mətninə zidd olan bəyanatlar verib. Bununla belə, mən hesab edirəm ki, bu istiqamətdə bizə çox həssas və sakit iş görmək lazımdır. Səbir lazımdlır. Mən birmənalı şəkildə əminəm ki, biz nəticə əldə edəcəyik. Onu da deyim ki, bu məsələdə Azərbaycanın üzərinə beynəlxalq təzyiq tədricən artır və artmaqda davam edəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2021, 11:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-03-2021, 11:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video