“Xalq Hərəkatı”nın iclasında yenidən qalmaqal yaşanıb – VİDEO
Bu gün Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin növbəti iclası keçirilib.
ONA-nın məlumatına görə, Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirilən iclasa Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sədrlik edib.
AXH-nin dönəm sədri Tural Abbaslı iclasa gecikib və buna səbəb kimi məhkəməyə getməsini göstərib. T. Abbaslı daha sonra isə təşkilatın prosedur qaydasına etiraz edib, iclasa onun deyil, M. Mirəlioğlunun sədrlik etməsini düzgün saymayıb. M. Mirəlioğlu isə T. Abbaslının iradını haqlı hesab edib. KXCP sədri bildirib ki, iclasa özünün sədrlik məsələsi səsverməyə qoyularkən bunun əleyhinə səs verib.
T. Abbaslı çıxışında AXH İdarə Heyətinin üzvü Qurban Məmmədovla vatsap yazışmaları barədə məsələyə də toxunub. Həmin yazışmanın saxta olduğunu bildirən T. Abbaslı qeyd edib ki, Q. Məmmədovla vatsap yazışması olsa, bundan imtina etməzdi: “Çıxıb deyərdim ki, yaxşı etmişəm. Məsələn, sabah mənim bir yazım çıxacaq ki, Əli bəyin əleyhinə çıxış etmişəm. Yaxşı eləmişəm”.
Bundan sonra isə T. Abbaslı ilə İdarə Heyətinin üzvü Süleyman Kərimov arasında qalmaqal yaşanıb. S. Kərimov T. Abbaslını AXH-ni parçalamağa çalışmaqda günahlandırıb: “Sənin bu çıxışların AXH-ın əleyhinədir və AXH-nin parçalanmasına xidmət edir”.
T. Abbaslının cavabı isə sərt olub: “Xoşunuza gəlmirsə, buranı tərk edin. Gedin, AXH-nin Əsasnaməsini oxuyun. Bunu kim salıb bura? Nə işi var burda? Danışığını, oturuşunu bilmir”.
İclas müzakirələrlə başa çatıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-04-2019, 21:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-04-2019, 21:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:46
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
Bu gün, 12:23
Azərbaycanda «Green card» udmaq asandırmı? Azərbaycanda «Green card» udmaq asandırmı? İndiyədək neçə nəfər udub? – İLLƏR, SAYLAR
Bu gün, 12:17
"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relaxs" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub
Bu gün, 12:10
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
Bu gün, 12:07
Masallı rayon icra məmuru Bəhruz İbayev "Aliment" verməyən həmkəndlisini himayə edir - Nazirə muraciət olundu
Dünən, 08:11
OĞUZDA 10 ha QOZ BAĞINI, SABİRABADDA DA 50 ha YULĞAN MEŞƏSİNİ MƏHV EDİB YERİNDƏ QARĞIDALI SƏPƏN "QOÇULARIMIZ"-Prezidentə müraciət
4-05-2024, 11:01
Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub
4-05-2024, 10:55
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
4-05-2024, 10:26