Netenyahu Dəməşqə endirilən zərbələr barədə - “Mümkündür ki, Belçika aviasiyası olub...”
Fevralın 14-də Dəməşqin beynəlxalq aeroportuna endirilən aviazərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun 4 döyüşçüsü və 3 nəfər Suriya hərbçisi öldürülüb. Bu məlumatı özəl mənbələrinə istinadla, Lononda yerləşən Suriya İnsan Haqlari Observatoriyasi yayıb.
Həmin monitorinq təşkilatının və Suriya hakimiyyətinin məlumatına görə, Livanın hava məkanından edilən hücumun arxasında İsrail aviasiyası dayanır.
İsrailin rəsmi nümayəndələri ənənəvi olaraq, qonşu ərəb dövlətinin ərazisində İranın iştirakına qarşı edilmiş hava reydlərini təsdiqləyən bəyanatlardan çəkiniblər.
“The Times of İsrael” nəşrinin yazdığına görə, bu hücumda İsrailin ehtimal olunan iştirakı barədə sualı cavablandıran Baş nazir Binyamin Netenyahu cümə günü “Xayfa” radiosuna verdiyi müsahibədə deyib: “Mən, bu və ya digər əməliyyatı şərh etmirəm. Mən, bilmirəm ki, gecə nə baş verib. Ola bilsin, Belçika hərbi-hava qüvvələri olub”.
Fevralın 14-də gecə Dəməşq beynəlxalq hava limanınıa endirilmiş aviazərbə İranyönlü qvvələrin silah-sursat anbarına tuş gəlib. Bu barədə səhər Suriya KİV-i xəbər verib. İnformasiyaya görə, İsrail aviasiyası Livanın hava məkanından raket buraxıb. Suriya Hava-Hücumundan Müdafiə Qüvvələri rakketlərin bir hissəsini “tutub”, amma onların bəziləri hədəfə çatıb.
Xarici monitorinq təşkilatlarının məlumatına görə, hava hücumu Dəməşq aeroportuna İrandan gələn “Boeinq 747” təyyarəsinin enişindən az sonra baş verib.
Suriyanın paytaxtı ənənəvi olaraq, İsrail Hərbi-Hava Qüvvlərinin (HHQ) hədəfinə çevilib. Yəhudi dövlətinin KİV-nin qeyd etdiyi kimi, elə həftə olmaz ki, İsrail avaisiyasının Dəməşq ətrafına növbəti zərbəsi barədə xəbər yayılmasın.
Xatırladaq ki, 2011-ci ildən üzübəri İsrail Suriyaya yüzlərlə zərbə endirib. Onların böyük qismi İran tərəfindən dəstəklənən «Hizbulla» (Livan) hərəkatına qarşı yönəlib. İsrail aviasiyası son aylarda İranın Suriyada iştirakına qarşı hücumların sayını artırıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-02-2020, 08:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-02-2020, 08:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO