reklam
Regionxeberlericom.az » Siyasət » Bu ölkələr hava məkanını Vuçiçin təyyarəsinə bağladı

reklam

Bu ölkələr hava məkanını Vuçiçin təyyarəsinə bağladı

















Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsinin öz hava məkanlarında uçuşuna icazə verməyəcək.

Bu barədə “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Litva hökuməti Serbiya Prezidentini daşıyan təyyarənin öz hava məkanına buraxılmamasını “texniki və diplomatik həssaslıq” kimi izah edib.

Latviya tərəfi isə bu qərarı “uçuşun məqsədinin siyasi həssaslığı” ilə əsaslandırıb.

Qeyd edək ki, mayın 9-da Moskvada Serbiya və Rusiya prezidentlərinin görüşü planlaşdırılır.




Paylaş:


Müəllif : Tarix:
7-05-2025, 08:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər