İranın yeni vitse-prezidenti o oldu

İranın yeni Prezidenti Məsud Pezeşkian ilk təyinatını edib.
O, 72 yaşlı Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.
Qeyd olunub ki, Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.
Onu da bildirək ki, Məhəmməd Rza Arefdən əvvəl bu postu Məhəmməd Möhbər tuturdu. M. Möhbər seçkilərə qədər müvəqqəti olaraq İran Prezidenti vəzifəsini icra edib.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-07-2024, 17:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib