Atası rəhmətə getdi, analığı rüşvətlə 5 uşağı mirasdan məhrum etdi - ÖZBAŞINALIQ!
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nəzərabad kənd sakini Zeynalov Əli Vəkil oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Babək rayon, Nəzərabad kənd İcra nümayəndəsi Eldəniz Hümbətov və müavini İntizam Məmmədlidən şikayətçidir:
“Mən, Zeynalov Əli Vəkil oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim bu problemimi ictimailəşdirəsiniz.
Ailə tərkibimiz 3 qardaş, 2 bacıdan ibarətdir. Böyük qardaşım Zeynalov Fərhad, ikinci qardaşım Zeynalov Səyyad, böyük bacım Zeynalov Çiçək, ikinci bacım Zeynalov Havvadır. Anamız Zeynalov Pərişan Musa qızı 1976-cı ildə vəfat etmişdir. Yetimçiliklə böyüyüb, boya-başa çatmışıq.
Atam 2-ci dəfə ailə qurdu. Böyük qardaşımın 1-ci ailəsi uğurlu olmadı, ayrıldı, sonradan yenə evləndi. Səyyad qardaşım və böyük bacım da el adəti ilə ailə qurub. Evdə atam, analığım, bacım və mən qaldıq.
Bir neçə il sonra atam və analığım yola getmədilər, işləri məhkəməyə kimi gedib çıxdı. Məhkəmə yolu ilə ayrıldılar. 1991-ci ildə atam yenidən evləndi. Bu qadından da 2 qız övladı oldu. 1992-ci ildə isə mən evləndim, 3 qız övladım oldu. Bacım Həvva da 1993-cü ildə ailə qurub, evimizi tərk etdi.
Beləliklə, bizim qara günlərimiz başladı. Analıq bizi yola verməməyə başladı. Həyətdə olan mal-qara satıldı, səsimi çıxartmaq istədikdə qardaş-bacım imkan vermədilər ki, camaatdan ayıbdır. 2000-ci ildə atam rəhmətə getdi. Mən, yoldaşım və 3 qızım bir otaqda yaşadıq. Atamın digər qızları da böyüyüb boya-başa çatıb ailə qurdular. Mənim qızlarım da böyüdü, 3 qızımı da el adəti ilə gəlin köçürdüm. Bir evdə yaşayırdıq, amma yeyib-içməyimiz ayrı idi.
Analığım bizim evə cehizsiz gəlmişdi. O, 2019-cu ildə xəstəlikdən rəhmətə getdi. Yas mərasimini mən yola verdim.
Bütün bunlardan sonra evin sənədlərini düzəltmək üçün kənd icra nümayəndəsi Eldəniz müəllimə müraciət etdim. Bəlli oldu ki, Zeynalova Xanım Hüseyn qızı kənd icra nümayəndəsindən pul qarşılığında saxta sənəd alaraq, biz 5 uşağı qeydiyyatdan sildirmişdir. 2023-cü ildə mənə məlum oldu ki, icra nümayəndəsi Eldəniz Hümbətov və müavini İntizam Məmmədli analığım Xanıma 2018-ci ildə vərəsəlik arayışı verib. Həmin arayışda atamın 5 övladının, yəni bizim ad-soyadımız yoxdur.
Bu arayışla atama aid olan pay torpağını da bizdən xəbərsiz satıblar. 2018, 2020, 2022 və 2023-cü illərin arayış sənədləri əlimdə var. Subutla sizlərə göstərə bilərəm. Atamın bankda olan pulunu da saxta sənədlərlə bankdan götürüblər. Analığım peşəkar şəkildə biz beş uşağa oyun qurubmuş.
Sizdən xahiş edirik, bu problem işıqlandırın, dövlət başçımız məsələdən xəbərdar olsun. Əlimi hara atıramsa xain, saxtakar məmurlar yolumu kəsir. Bu işin bir həlli olmalıdır. Necə ola bilər ki, biz beş uşağa atamın evindən heç nə düşmür?!”
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
Paylaş:
Müəllif : Yazar
Tarix:7-03-2023, 13:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video