Ali Məhkəmə jurnalisti azadlığa buraxacaqmı? - Zaur Mirzəzadənin kassasiya şikayətinə baxılacaq
Noyabrın 11-də Ali Məhkəmədə Xalq.az saytının baş redaktoru Zaur Mirzəzadənin kassasiya şikayətinə baxılacaq.
Bu barədə Qaynarinfo-ya jurnalistin vəkili Kamran Musayev bildirib.
Vəkil deyib ki, 8 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadə barəsində bəraət hökmü çıxarılıb. Dövlət ittihamçısı hökmdən protest verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiyanın hökmünü dəyişdirərək, Zaur Mirzəzadəni 5 il azadlıqdan məhrum edib.
"Biz Bakı Apellyasiya Məhkəməsinin hökmünü qanunsuz hesab edirik. Çünki hökmdə göstərilən əsaslar işin mahiyyətinə uyğun deyil. Məsələn, Zaur Mirzəzadənin SMS-ləri əsas kimi göstərilir. Halbuki həmin SMS-lərin yazılma tarixi ilə cinayətin törədilməsi tarixi arasında ziddiyyət var. Ona görə də kassasiya şikayəti vermişik və ümid edirik ki, Ali Məhkəmə işə ədalətli yanaşacaq”, deyə Kamran Musayev bildirib.
Vəkil qeyd edib ki, Zaur Mirzəzadə faktiki olaraq şərlənib: "Bu işdə başqa 4 nəfər də mühakimə olunub. Onlardan biri - Aygün Tarverdiyeva adlı xanım Zaur Mirzəzadənin əleyhinə ifadə verib. Onun Zaur Mirzəzadəyə qarşı ifadəsinin kökündə isə qisasçılıq dayanır. Təəssüf ki, ibtidai istintaq zamanı iş obyektiv şəkildə araşdırılmayıb".
Kamran Musayev sonda bildirib ki, Ali Məhkəmə işə ədalətli baxmayacağı təqdirdə, Avropa Məhkəməsinə müraciət ediləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2022, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB