Masallıda "bəxti açılmayan" küçə... - FOTO
Son vaxtlar Masallı şəhərində bir çox küçələr abadlaşıb. Lakin S. Vurğun küçəsinin çox əhəmiyyətli bir küncü – S. Vurğun küçəsi ilə Səfərəli Məmmədov küçəsinin birləşdiyi, keçmiş 1 saylı uşaq bağçasının yanındakı təxminən 10 metrlik yer düzəlmir ki, düzəlmir. Bura ona görə əhəmiyyətli deyirik ki, bu kiçik məsafə həm də döngədir - 2 maşın qarşılaşanda az qalır bu tində bir-biri ilə toqquşsunlar. Daha dəqiq desək, bir neçə dəfə burada qəza da baş verib.
Burada 1 işıq dirəyi var idi. Onu bir neçə metr kənara çəkdilər, yəni yolun genişlənməsi üçün şərait yaratdılar. Lakin bu 10 metrlik yeri hamarlamaq, ora asfalt vurub işlək hala salmaq kimsənin yadına düşmədi. Bir neçə dəfə yazdıq, sosial şəbəkədə paylaşdıq. Lakin əlac olmadı. 1 ildən yuxarıdır, vəziyyət belədir. Yəni, 2 maşın bu döngədə üz-üzə gələndə bu işə cavabdehlərin əzizlərinə rəhmət oxuyur.
Bu günlərdə Masallı şəhərində 30-a yaxın küçənin asfaltlanacağı barədə məlumat aldıq. Masallı Şəhər icra nümayəndəsinin mühəndisi Mahir Ağayevlə əlaqə saxladıq. O, bildirdi ki, yaxın günlərdə asfaltlanacaq küçələr sırasında həmin ərazi də var. Görək, nə olur.
Zahir Əmənov //Cenub.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:8-09-2022, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB