“Dedilər, yer yoxdur, 80 manat versən, ayrıca çarpayı düzəldə bilərik”
Naxçıvan Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrə çarpayıların 80 manata satıldığı iddia edilir.
Bu barədə sakinlər “Gündəlik Naxçıvan”a müraciətləri zamanı bildiriblər. Sədərək rayon sakini Şükür Cavadov deyir ki, bu yaxınlarda sözügedən xəstəxanada əməliyyat olunub. Onun sözlərinə görə, həkimlər sağalana kimi xəstəxanada qalmalı olduğunu bildirsələr də, hazırda palatalarda yer olmadığını deyiblər:
"Dedilər, yerimiz yoxdur, ancaq 80 manat versən, ayrıca otaqda çarpayı düzəldə bilərik. Məcbur qalıb dedikləri pulu verdim, mənə dərhal yer tapıldı. Sığortam ola-ola, əməliyyata da məndən 350 manat rüşvət almışdılar".
Culfa rayonundan olan digər şikayətçi Teymur Vəliyev də çarpayı üçün pul ödədiyini iddia edir:
"Kor bağırsağımdan əməliyyat olunmuşdum. Sığortam olsa da, həkimlər məndən 300 manat rüşvət aldılar. Lakin, sağalana kimi xəstəxanada qalmaq, ondan da baha başa gəldi. Dedilər yer yoxdur, ancaq 80 manat versən, təkadamlıq palatada saxlaya bilərik. 5 gün xəstəxanada yatdım. Demək olar ki, hər dəfə növbə əvəzlənəndə sarğını dəyişən, iynə vuran tibb bacısına, palatanı silib-süpürənə hörmət etməli olurdum. Bir əməliyyat üçün ümumilikdə 800 manat xərcim çıxdı".
Naxçıvan Mərkəzi Xəstəxanasının adının çəkilməsini istəməyən əməkdaşı şikayətlərin əsassız olduğunu bildirdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-08-2022, 11:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB