“Ailəmlə çətin vəziyyətdə yaşayırıq” - Prezidentlə görüşən qazi + Foto
Vətən müharibəsi qazisi Abbasov Xəyal Qarakişi oğlu çətin vəziyyətdə yaşadığını, dövlət qurumlarının onun problemləri ilə maraqlanmadığını bildirib.
Qazi bu barədə Yeniavaz.com-a danışıb. 44 günlük Vətən müharibəsinin iştirakçısı 7 il Daxili Qoşunların Xüsusi Təyinatlarında xidmətdə olduğunu deyib. O, 44 günlük Vətən müharibəsi vaxtı Murov dağı istiqamətində döyüşlərə qatılıb. Orada yaralanıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunarkən Prezident İlham Əliyevlə görüşən hərbçilərdən biridir. Xəstəxanada olarkən Xəyal öz ərizəsi ilə müalicədən imtina edib yenidən döyüşlərə qatılır. Cəbrayılda daha sonra Hadrutda döyüşlərin birində yenə yaralanan (kəllə-beyin travması) Xəyal Neftçala hospitalında müalicə aldıqdan sonra növbəti dəfə döyüşə qatılır. O, bədənində 17 qəlpə olaraq döyüşlərə girir. Bəzi qəlpələr sinirdə olduğundan onları çıxarmaq mümkün olmayıb. 3-cü dəfə Şuşa istiqamətində döyüşlərə qatılan Xəyalgilin avtomobilləri dağdan aşır və o, yenidən yaralanır, xəstəxanaya göndərilir. Bu şəkildə döyüş yolu keçən hərbiçimiz hazırda çətin vəziyyətdə yaşadığını deyir:
“Əlillik dərəcəsi ala bilmirəm ailə vəziyyətim ağırdır, iki körpə övladım ilə ata-ana himayəsində qalmışıq. Səhhətimdə problemlər var. 7 nəfər ailə ilə birlikdə çətin vəziyyətdə yaşayırıq”.
O həmçinin bildirir ki, Goranboy rayon İcra Hakimiyyətinə, rayon bələdiyyəsinə torpaq üçün müraciət etsələr də onların müraciətlərinə baxılmır. Hər gün 5-6 dərman qəbul etdiyini bildirir. Onun sözlərinə görə, özünəməşğulluq proqramına da yazmırlar. Heç bir yerdən gəlir yeri olmayan ailəsinin çətin vəziyyətdə qaldığını söyləyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-07-2022, 23:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB