reklam
Regionxeberlericom.az » Sosial » 13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?

reklam

13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?


Bir neçə gün öncə AMEA-nın sabiq prezidenti, görkəmli alim Eldar Salayev haqq dünyasına qovuşdu. Hamı onu hörmət veə ehtiramla, sonsuz rəhmətlə andı. Qeyd olundu ki, E. Salayev Azərbaycan elmində özünəməxsus yer qazanmağı bacarıb və AMEA-nın nüfuzunun yüksəlməsi üçün xeyli işlər görüb. Moderator.az mövzunu davam etdirərək ümumiyyətlə AMEA-nın tarixinə qısaca ekskurs etməklə E. Salayevin sələfləri və xələfləri haqqında oxucuları məlumatlandırmaq qərarına gəlib. Onların hansının Azərbaycan elmində görkəmli yer tutduğu və ya tutmadığı barədə qərar verməyi oxucuların mühakiməsinə buraxırıq.

Qeyd edək ki, Azərbaycan Elmlər Akademiyası 23 yanvar 1945-ci ildə SSRİ Xalq Kommisarları Sovetinin qərarı ilə yaradılıb. Həmin il akademiyaya 15 həqiqi üzv seçilib. Onun ilk heyətində Ü. Hacıbəyov, S. Vurğun, M. İbrahimov, Y. Məmmədəliyev, M. Qaşqay, A. Qrossheym, S. Dadaşov, İ. Yesman, M. Mirqasımov, Ş. Əzizbəyov, Ə. Əlizadə, M. Topçubaşov, M. Hüseynov, H. Hüseynov, İ. Şirokoqorov olub. 1945-ci ilin martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçilib.

Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-50 və 1958-1961), Musa Əliyev (1950-58), Zahid Xəlilov (1961-67), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-83) Eldar Salayev (1983-97), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-19), Ramiz Mehdiyev (2019-22) akademiyanın prezidentləri olub.

Siyahıya ötəri nəzər salmaqla bu 12 prezidentin hansının Azərbaycan elminə nə verdiyi və ya vermədiyini müəyyənləşdirmək əslində elə də çətin deyil. Yenə də həmin siyahıda yalnız Yusif Məmmədəliyev və Eldar Salayevin Azərbaycan elmi qarşısında görkəmli nailiyyətlərini xatıryaya bilərik.

Maraqlıdır ki, AMEA-nın 13-cü preizdenti hələlik seçilmıyib və o vəzifəni akademik Arif Həşimov icra edir. 13 rəqəmi haqqında burda nəsə yazmaq doğru olmaz, sadəcə ümid edək ki, 13 rəqəmi iddialardan fərqli olaraq Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcək...




Paylaş:


Müəllif : Tarix:
25-06-2022, 15:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər