Azərbaycanda bu universitetin rektorluğu GENERALA TAPŞIRILDI - FOTO
Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Milli Müdafiə Universitetində təltif olunublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, kursantlarla görüşərək onları təbrik edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib və komandanın bütün üzvlərini mükafatlandırıb.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları Davud Hüseynəliyev, Nihad Əşrəfov, Nicat Məcidov və Ruslan Sultanov 15 kilometr radiusda hərəkət etmək qabiliyyətinə malik, təminat tapşırıqları təyinatlı "Xilaskar" pilotsuz uçuş aparatını hazırlayaraq festival çərçivəsində keçirilən müsabiqəyə təqdim ediblər. Nəticə etibarilə "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülərək medal, sertifikat, kubok və pul mükafatı ilə təltif ediliblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2022, 19:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB