reklam
Regionxeberlericom.az » Sosial » Şəmkir icra başçısı GÜLƏŞ DÖŞƏYİNDƏ - FOTOFAKT

reklam

Şəmkir icra başçısı GÜLƏŞ DÖŞƏYİNDƏ - FOTOFAKT


 "Şəmkirdə biabırçılıqlar ard arda davam edir. Maraqlısı budur ki, aidiyyəti şəxslər öz işlərində dönüş etməkdənsə, Rəşad Tağıyev Alimpaşa Məmmədovdan qalma səriştəsiz kadrlardan canını qurtarıb, qabiliyyətli kadrları öz ətrafında toplamaqdansa, icra hakimiyyətinin bir çox əməkdaşları "agent" axtarışına çıxıblar. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, barəsində hər dəfə yazılar gedəndən sonra, Rəşad Tağıyev icra hakimiyyətində informasiya mənbəyini axtarır, işçilər arasında şübhələr yaradır. Ataların misalı bu yerdə tam yerinə düşür: öz gözündə kərəni görməyən, özgənin gözündə tük axtarır". Bu barədə göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra qeyd olunur: "Rəşad Tağıyev Şəmkirin tarixinə ən biabırçı, ən səriştəsiz, idarəetmə qabiliyyəti olmayan başçı kimi düşəcək. Artıq Cənab Başçı eyforiyasına düşmüş Rəşad Tağıyev, özünü göyün yeddi qatında və tam toxunulmaz hiss edir. Lakin hər gün xidməti kabinetinə daxil olarkən, düşünməlidir ki, DTX orqanları o kabinetin yolunu yaxşı tanıyır.

Bu günlərdə Rəşad Tağıyev Şəmkir rayonunun kəndində vətəndaşlarla görüş keçirir. Fotolarda Rəşad Tağıyevin nə qədər çaşqınlıq içərisində, özünə şübhə ilə yanaşması açıq aydın sezilir. Kənddə olan problemlər Rəşad Tağıyevi o qədər üstələyib ki, Rəşad müəllim eləcə görüşün bitməsini gözləyir. Lakin ən maraqlısı görüşdən əvvəl baş verib. Rəşad Tağıyev görməyib, hiss etməyib ki, görüş güləş döşəyinin üstümdə təşkil olunub. Belə ki, əldə etdiyimiz məlumata görə, həmin məkan Mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. Lakin kənddə idman zalı olmadığına görə, həmin müəssisəyə güləş döşəkləri düzələrək, gündəlik məşqlər keçirilir. Rəşad Tağıyevlə görüşü "yüksək" səviyyədə təşkil etməyə çalışan səriştəsiz kadrlar isə kənddə yer tapmayaraq, görüşü bu məkanda təşkil ediblər. Təsəvvür edirsiniz , stullar düzülüb, camaat ayaqqabı ilə çıxdığı döşəkdə səhəri gün idmançılar məşq edəcək. Prezident İlham Əliyev bu gün ölkədə idmana, idmançılara göstərdiyi diqqət və qayğı hara, Rəşad Tağıyevin etdiyi hörmətsizlik hara ?!

O qədər təşkilatçı içərisində bir vəzifəli şəxs tapılıb demədi ki, güləş döşəyini ayaqlayıb görüş etmək olmaz ?! Çünki Rəşad Tağıyevin ətrafı da özü kimi diqqətsiz, qabiliyyətsizdir, desək yanılmarıq".





Paylaş:


Müəllif : Tarix:
9-04-2022, 12:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər