Gəncənin baxımsız mikrorayon yolları sakinləri çıxılmaz vəziyyətdə qoydu - VİDEO

Gəncənin mikrorayon ərazisində tamamilə baxımsız vəziyyətdə olan yolun ümumi uzunluğu nə az, nə çox, tam 5 km təşkil edir. Avtomobil yolu, sözün həqiqi mənasında, 200-dən artıq sakini çıxılmaz vəziyyətdə qoyub. Gün ərzində buradan sərnişin daşıyan avtobus və mikroavtobuslar keçir. Sakinlər palçıqlı yollarla övladlarını məktəbə aparır.
Bir müddət öncə ərazidə aparılan qazıntılardan sonra avtomobil yolu daha da pis vəziyyətə düşüb. Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenilənməsi layihəsi çərçivəsində yaşayış massivi keçilməz olub.
Gəncə Şəhər İcra Hakimiyyətindən 5-ci mikrorayon sakinlərinin üzləşdiyi problemə şifahi şəkildə münasibət bildirilib. Qurumdan qeyd olunub ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Küçələrin və məhəllədaxili yolların asfaltlanması da şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə, o cümlədən 5-ci mikrorayon yaşayış massivində növbəti ilin əvvəlindən mərhələli şəkildə asfalt işləri görüləcək. Qısası, uzun illərdir yol üzünə həsrət qalan 200-dən artıq sakin daha bir il səbr etməlidir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:18-12-2021, 18:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.