Bağçalar Təhsil Nazirliyinə verilir? – Açıqlama: “Bu mütləqdir”

Bakıda bağça müəlliməsi müdiri tərəfindən döyüldüyünü iddia edir. “White City Kindergarden” uşaq bağçasında işləyən müəllimə Səfərova Vəfa Bahadur qızı şikayət ünvanlayıb. V.Səfərova iddia edir ki, bağçada maaşlar vaxtında verilmədiyi üçün işdən çıxmaq istəyib və bu zaman sözügedən bağçanın müdiri İnarə Məhərrəmova ilə aralarında yaranan mübahisə zəminində döyülüb:
“08.05.2021 il tarixində bağçadan işdən çıxmaq istədim. Buna görə bağça müdiri İnarə Məhərrəmova qəflətən mənə hücum edərək döydü. Bu barədə Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə müraciət etdim.
Polis əməkdaşları gələnə qədər İ.Meherremova qaçdı. Məni Xətai rayon 37-ci Polis Şöbəsinə apardılar. Hadisə ilə bağlı orada izahat yazdım.
Mənim bədənimdəki xəsarətlər, yaralar sağalır, lakin aldığım psixoloji travma keçmir. Bu işin arxasında kim durubsa, o, polisə də tabe olmur. Bu gün işçisini döyən, sabah uşaqlara da ziyan vurar”.
Bağçanın müdiri İ.Məhərrəmova 3 illik işçisinin onun haqqında irəli sürdüyü fikirlərin əsassız olduğunu deyib:
““White City Kindergarden” 3 ildir fəaliyyət göstərir. Fəaliyyətə başladığımız gündən ilk kollektivin içərisində Vəfa Səfərova və digər iki nəfər olub. Mən onlara etibar edib, işləri tapşırırdım.
Lakin, o xanım mənim biznesimi batırdı, bağçanı dağıtdı. Son dönəmdə valideynlərdən pul istəyib, işdən sonra bağçada qalaraq xoşagəlməz, əxlaqsız hərəkətlərə yol verib.
Maaşların gecikməsi olmayıb, gəlib çəkiliş edə bilərsiniz. Mənim onu döydüyümü deyir, lakin belə bir şey olmayıb”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsil vahid mərkəzdən idarə olunmalıdır:
“Bağçalara nəzarətin Təhsil Nazirliyindən alınıb yerli icra hakimiyyətinə verilməsi müəyyən obyektiv və subyektiv səbəblərlə bağlı idi. 1990-cı illərdə 300-ə qədər bağça özəlləşdirməyə çıxarıldı.
Bu, özəl sektorun inkişaf etdirilməsi demək idi. Yəni bağçalar özəlləşdirilərkən öz təyinatları əsasında işləməli olacaqdılar.
Lakin 300 bağçadan 250-si özəlləşdi və təyinatı üzrə işləmədi. Elə bir situasiya yarandı ki, ölkəmizdəki bağçalarda defisit əmələ gəldi. Beləliklə də müəyyən problemlər meydana çıxdı”.
Ekspertin qənaətincə, bağçaların Təhsil Nazirliyinin nəzarətində olması daha effektivdir:
“Bu zaman prosesləri həyata keçirmək daha çevik olar. Çünki nazirlikdə bağça təhsilinə dair mütəxəssislər və məktəbəqədər şöbə var idi. Nazirlikdə həmçinin bağçaların bütün metodiki proqram planı mövcuddur. İcra hakimiyyətləri bağçalara Təhsil Nazirliyi kimi nəzarət edə bilməz. Uşaqların məktəbəqədər təhsilinə dair böyük narazılıqlar var. Bu narazılıqlara tez-tez rast gəlirik. Ona görə də təhsildə fasiləsizlik və çevikliyin təmin edilməsi üçün bağçaların mütləq Təhsil Nazirliyinin tabeliyinə keçməsi lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 18:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 18:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video