reklam
Regionxeberlericom.az » Sosial » "1300-dən çox reklamın yayımı dayandırılıb..." - ADRA ittihamlara cavab verdi

reklam

"1300-dən çox reklamın yayımı dayandırılıb..." - ADRA ittihamlara cavab verdi


Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) deputat Vahid Əhmədovun Milli Məclisin komitə iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib. Deputat bildirib ki, reklamdan büdcəyə 250-300 milyon manat vəsait daxil olması gözlənilsə də, bundan 5 dəfə az vəsait cəlb edilib.

V. Əhmədov həmçininreklamlarda Azərbaycan dili normalarının qorunmadığna da diqqət çəkib: "Mənə 20-dən çox ziyalı müraciət edib. Bildirirlər ki, ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət dili ilə bağlı məsələ həll edilmir. Təklif edirəm ki, həmin agentliklə birgə dinləmələr keçirilsin”.

Qeyd edək ki, "AzPolitika.info" saytına danışan ziyalılar, mütəxəssislər ADRA-nın fəaliyyətini sərt tənqid edərək dövlət dilinin qorunması ilə bağlı lazımlı addımlar atmadığını bildiriblər.


ADRA-dan "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki,

Agentlik yalnız açıq məkandakı reklamlara nəzarət və tənzimlənməni həyata keçirir. "Açıq məkanda reklam isə ümumi reklam bazarının 5 -10 %-ni təşkil edir"-deyə açıqlamada qeyd olunur.

Dövlət dili ilə bağlı məsələyə gəldikdə isə ADRA-dan verilən məlumata görə, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində son dövrlərdə bir çox tədbirlər həyata keçirilib: "ADRA tərəfindən açıq məkanda yayımlanan reklamlar üzrə mütəmadi olaraq monitorinqlər aparılıb, müvafiq sahədə dövlət dilinin tətbiqi daim diqqətdə saxlanılıb, əcnəbi dillərdə yazılan və ya Azərbaycan dilinin normalarının pozulması ehtimal olunan reklamların müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunluğu yoxlanılıb".



Agentlik bildirir ki, reklamvericinin tələbinəəsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. "Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin, qanunvericiliyəəsasən sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər"-deyə açıqlamada qeyd olunur.

ADRA bildirir ki, 2019-cu il ərzində aparılmış monitorinqlər nəticəsində Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun müvafiq müddəalarının tələblərini pozmaqla reklam yayımlayan 11600-ə yaxın obyekt aşkarlanıb: "Xarici dillərdə reklam yayımlayan və bu haqda müvafiq rəsmi sənədi olan obyektlərin sayı çox olmasa da, bir çox hallarda xarici dildə reklam yayımlayan obyektlərin adlarının vergi orqanında eyni adla qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinə məxsus olduğu müəyyən edilib.

Bu sahədə aidiyyəti qanunvericilik aktlarının tələblərinəəməl olunması məqsədilə ötən il ərzində Dövlət Agentliyi tərəfindən qanunvericilik aktlarının tələblərini pozmaqla əcnəbi dillərdə reklam yayımlayan və ya reklamlarında Azərbaycan dilinin ədəbi normalarını pozan 4500-dən çox reklam yayıcısına xəbərdarlıq edilib, 500-ə yaxın obyektdə 1300-dən çox reklamın yayımı dayandırılıb, 700-dən çox reklam daşıyıcısında reklamların yayımlanmasına icazə almaq üçün müraciət edən 80-dən çox reklam yayıcısının müraciətlərinə dövlət dilinin tələblərinə cavab vermədiyi üçün imtina verilib, 20-ə yaxın reklam yayıcısının 600-ə yaxın reklamlarının məzmunu dəyişdirilməklə Azərbaycan dili haqqında tələblərə uyğunluğu təmin edilib".

Məlumatda daha sonra qeyd olunur ki, Dövlət Agentliyi tərəfindən bu sahədə nəzarət tədbirləri cari ildə də davam etdirilib və açıq məkanda yayımlanan reklamların “Reklam haqqında” Qanunun, o cümlədən dövlət dili haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılaraq müvafiq tədbirlər görülüb.

"Lakin, pandemiya iləəlaqədar xüsusi karantin rejiminin tətbiqindən sonra monitorinqlərin aparılması müvəqqəti dayandırılıb. Karantin rejimi başa çatdıqdan sonra müvafiq sahədə monitorinqlərin aparılması və nəzarət mexanizimlərinin gücləndirilməsi davam etdiriləcək"-deyə Agentlikdən verilən açıqlamada bildirilir.


Paylaş:


Müəllif : Tarix:
11-09-2020, 12:49
Sikayət   


loading...
Загрузка...