Pandemiyanın çökdürdüyü NƏQLİYYAT SEKTORU: - “Məhdudiyyətlər bu sahədə gəlirləri xeyli azaldıb”

“Mövcud vəziyyətdə əsas problem nəqliyyat növləri arasında ümumi qrafikin müəyyən olunmamasıdır”.
regionxeberlericom.az Yenicag.az-a istinadən xəbər verir ki, bu fikirləri pandemiya dövründə ölkənin nəqliyyat sektoru və avtomobil bazarında yaranmış vəziyyəti dəyərləndirən ekspert Aslan Əsədov deyib.
Aslan Əsədov qeyd edib ki, ölkədə məhdudlaşdırıcı qaydaların tətbiqi fonunda müəyyən yüklərin, xüsusilə, qida məhsullarının daşınmasına şərait yaradılması ərzaq bazarında kəskin bahalaşmanın qarşısını alıb:
“Məlumdur ki, nəqliyyat sahəsi qeyri-neft sektorunun əsas qollarından biri hesab olunur. Azərbaycanın dünya iqtisadiyyatının bir parçası olduğunu nəzərə alsaq, pandemiyanın ölkənin neft və qeyri-neft sektoruna təsirləri qaçılmazdır.
Bu baxımdan, pandemiya dövrünün nəqliyyat sektoruna mənfi təsirləri qeydə alınıb. Belə ki, metropolitenin fəaliyyətinin dayandırılması, həftəsonu ictimai nəqliyyatın işləməməsi gəlirlərin azalması ilə nəticələnib.
Mövcud vəziyyətdə əsas problem nəqliyyat növləri arasında ümumi qrafikin müəyyən olunmamasıdır. Bu gün dəmiryolu, gəmiçilik, müəyyən məhdudiyyətlər istisna olmaqla, hava nəqliyyatının fəaliyyətinin dayandırılması da əlavə çətinliklər yaradıb.
Lakin pandemiyanın ən sərt dövrlərində belə müəyyən yüklərin, xüsusilə, qida məhsullarının daşınmasına şərait yaradılması müsbət hal oldu. Əks təqdirdə, ərzaq bazarında kəskin bahalaşma və məhsul qıtlığı yarana bilərdi”.
Pandemiyanın maşın bazarındakı vəziyyətə göstərdiyi təsirlərə də toxunan ekspertin sözlərinə görə, son aylarda avtomobillərin qiymətində ciddi dəyişiklik baş verməyib:
“Bir neçə il bundan əvvəl Azərbaycana gətirilən nəqliyyat vasitələrinin dövlət tərəfindən nəzarətə götürülməsi, köhnə avtomobillərin idxalına icazə verilməməsi bu kateqoriyaya aid maşınların ehtiyat hissələrinin bahalaşmasına səbəb olmuşdu.
Lakin indiki şəraitdə pandemiyanın yaratdığı iqtisadi böhran avtomobil bazarına da təsirsiz ötüşməyib. Konkret desək, qaçılmaz zərurət olmadığı halda, heç kim öz avtomobilini satmağa meylli deyil.
Əlbəttə ki, pandemiya dövründə avtomobil bazarında canlanma müşahidə olunmur. Bu səbəbdən, pandemiyanın avtomobillərin qiymətinə təsirində ciddi dəyişiklik yoxdur.
Ümumilikdə ölkədə avtomobillərin qiymətinə təsir edəcək yeganə amil idxal şərtlərilə bağlıdır. Çünki bu gün Gəncə, Naxçıvan və Neftçalada yerli avtomobil istehsalı təmin olunsa da, bu, tələbatı tam ödəmir. Ona görə də insanlarımız daha çox Avropa istehsalı olan avtomobillərin ölkəyə gətirilməsində maraqlıdırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-09-2020, 16:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-09-2020, 16:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB