Aydın Mirzəzadədən kəllə-mayallaq açıqlama... - Deyir, gömrüyün qərarı sahibkarların xeyrinədir...

“Dövlət Gömrük Komitəsi (DGK) ilə bağlı gedən müzakirələri izləyirəm. Hesab edirəm ki, istənilən qərar ilk növbədə araşdırmalar və mütəxəssislərin rəyi əsasında qəbul edilir”.
Bunu “MediaPost”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişikliklərin birdən-birə edilmədiyini söyləyib:
“Əlbəttə, daxili bazarın inkişafı, pandemiya dövründə zərərçəkmiş sahibkarların vəziyyətinin yaxşılaşdırılması kimi bir sıra faktorlar bu qərarın qəbul olunmasında rol oynayıb. Qərar qəbul edilib və bundan sonra həmin sahədəki məsələlər sözügedən qərarla tənzimlənəcək. Bununla belə, iddia edilmir ki, hansısa qərar əbədidir və heç vaxt dəyişdirilə bilməz. Situasiyanı analiz edərək, mütəxəssislərin rəylərini nəzərə alaraq bu qərar qəbul edilib və işləməyə başlayıb. Müəyyən bir dövrdən sonra bu qərar doğrudan da proseslərə müsbət təsir edərsə və eyni zamanda problemi həll edirsə, davam edəcək. Yəni qəbul edilən qərar ilk növbədə özünü real həyatda göstərməlidir”.
Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı bu gün ortada olan müəyyən problemlərin həlli üçün hesablanıb: “Sonrakı proseslər göstərəcək ki, qərar düzdür, yoxsa səhvdir. Hər halda dünya ölkələrinin hamısı bu təcrübədən istifadə edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2020, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2020, 13:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB